Həyat sənə hazır yol xəritəsi təqdim etməz; onu sən öz seçimlərinlə formalaşdırırsan.
Bəzən qarşına çətin yollar çıxar, bəzən də yolunu duman örtər.
Lakin əsas məsələ çətinliklərə baxmayaraq davam etməkdir.
Hər gün öz həyatının memarı olduğunu xatırla.
Unutma ki, hər gözəl nəticə vaxt və zəhmət tələb edir; zaman içində yoğrularaq formalaşır.
Çünki gözəl həyat hazır bir ssenari deyil, onu sən yazırsan – addım-addım, səbrlə və düşünərək.
Bəzi yollar var ki, onları dəyər verdiyin üçün gedirsən,
bəzilərini isə nəticəsinin yaxşı olmayacağını əvvəlcədən bilə-bilə keçirsən.
Dəyər verdiyin yollar həyatına iz qoyur, dəyərsiz olanlar isə sənə təcrübə qazandırır, bəzən də yaralar açır.
Əslində bunda sənin günahın yoxdur; hər kəs öz xarakterinə uyğun hərəkət edir.
Çünki əsas məsələ yan-yana olmaq deyil, əsas məsələ eyni məqsədə və eyni istiqamətə baxmaqdır.
Həyat, yanında rahatlıq tapdığımız insanlarla mənalıdır.
Belə insanlar həyatımızdan heç vaxt əskik olmasın.
Sabahın xeyir olsun, həyat!
Günün gözəl və mənalı olsun!
Müəllif: Aygül Bağırova
Xeberde.az