“Ayan toya ilk dəvət olunanlardandır. O gəlməsə də, mən Ayanın balasının toyuna gedərəm”.
Bu sözləri xeberde.az-a açıqlamasında müğənni Nadir Qafarzadə deyib.
Sənətçi illərdir dostluq etdiyi və duet ortağı olan Ayan Babakişiyevanın onun oğlu Əzizin toyunda iştirak etməməsinə münasibət bildirib:
“Ayan birinci toyumuza gəlib. Bu toya gəlməyibsə, deməli, işi olub. Mən incimirəm, küsmürəm. Mənim sənət dostumdur. İnşallah, onun balasının xeyir işi olar, sevərək qatılaram. Aramızda inciklik yoxdur”.
