Novruz bayramı artıq yaxınlaşır. Həftəsonları təşkil edilən yarmarkalarda artıq daha çox insan görmək olur. Burada insanlar öz məhsullarını birbaşa özləri bazara çıxarırlar. Alıcıların da seçim imkanları kifayət qədər genişdir.
xeberde.az xəbər verir ki, paytaxtdan əlavə rayonlarda da belə yarmarkalar təşkil olunur. Zaqatalada təşkil olunan yarmarkada insan axını çoxdur. Satıcılar müştəri azlığından narazı, alıcılar isə qiymət artımından narahatdır.
Bəs qiymətlər necə dəyişir?
Fermerlərin sözlərinə görə, yanvar-fevral ayında ziyana işləyiblər, qiymətlər ucuzdur :
“Mal əti 16 manat, kartof 1 manat, süd 1 manat, toyuq 6 manat, çolpa 8 manat, alma 1 manatdır”.
Bəzi alıcılar isə məhsulun təbiiliyinə görə qiymətlərin hələ ucuz olduğunu bildiriblər.
Qeyd edək ki, bu cür bazarlar kənd təsərrüfatının inkişafı və yerli istehsalın təşviqi baxımından mühim rol oynayır. Kiçik kənd bazarları həm kəndlinin gəlir mənbəyidir, həm də şəhər sakinlərinin süfrəsinə təbii məhsulun çatdırılmasında körpü rolunu əvəz edir. (milli.az)



