Rusiya xarici işlər naziri Sergey Lavrov beynəlxalq ictimaiyyətin Bosniya və Herseqovinadakı yüksək nümayəndəsi Kristian Şmidti “fırıldaqçı” adlandırıb.
xeberde.az TASS-a istinadən xəbər verir ki, Lavrov bildirib ki, Şmidt Qərb ölkələrinin sifarişi ilə hərəkət edir və onun real səlahiyyətləri yoxdur, çünki o, BMT Təhlükəsizlik Şurası tərəfindən təyin edilməyib.
Lavrovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının təyin etmədiyi fırıldaqçı Şmidt heç bir səlahiyyətə malik deyil və onun qərarları ilə razılaşmayan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq.
Xarici işlər naziri əlavə edib ki, Şmidt Qərbin “rəngli inqilablar və dövlət çevrilişi siyasətinin təcəssümüdür”. Lavrov həmçinin xatırladıb ki, 2008-ci ildə Qərb dövlətləri BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə zidd olaraq Kosovonun müstəqilliyini tanıyıb.
Musavat.com
