İranın Azərbaycandakı yeni səfiri Möctəba Demirçilou Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.
xeberde.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat və foto yayıb. Bildirilib ki, görüş nəzakət ziyarəti çərçivəsində keçirilib.
Xatırladaq ki, Möctəba Demirçilou bu yaxınlarda İranın Azərbaycandakı səfiri kimi fəaliyyətə başlayıb.
