Ölkə

Azərbaycan Tarixində öz nüfuzlu izini qoymuş əslən Ağstafalı xanım Mina Abdullayeva kimdir?

Abdullayeva Mina Baba qızı (1929 -2003) — Azərbaycan dövlət və ictimai xadimi, uzun illər dəmir yolu və partiya orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.

Mina Abdullayev 1929 -cı ildə yanvar ayının 11 – də Ağstafa şəhərində anadan olmuşdur. Ağstafa şəhər 24 saylı Dəmir yolu orta məktəbini bitirmişdir. 1947-ci ildə Azərbaycan Politexnik İnstitutunun Dəmir yolu nəqliyyatı fakültəsinə daxil olmuş, 1952-ci ildə ali təhsilini başa vurmuşdur.

Əmək fəaliyyətinə təyinatla Ağstafa 7 saylı Dəmir yolu stansiyasında başlamış, 1964-cü ilə qədər mühəndis vəzifəsində çalışmışdır. Həmin dövrdə ictimai-siyasi fəaliyyəti ilə seçilərək Ağstafa Dəmir yolu stansiyasının ilk partiya təşkilatının katibi, 1963-cü il martın 8-dən isə dəmir yolu qovşağı üzrə partiya təşkilatının katibi seçilmişdir.

1964-cü ilin sentyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin göndərişi ilə Moskva şəhərində Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, 1966-cı ildə həmin məktəbi bitirmişdir. Sonrakı 13 il ərzində Qazax Rayon Partiya Komitəsində ikinci katib vəzifəsində çalışmışdır.

1979-cu ilin martından 1988-ci ilə qədər Ağstafa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etmişdir.

1988-ci ildən respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Mina Abdullayev dəfələrlə Rayon Sovetinin deputatı seçilmişdir. Onun əmək və ictimai fəaliyyəti haqqında SSRİ dövründə “Kommunist”, “Azərbaycan dəmir yolçusu”, “İzvestiya”, “Trud”, “Qudok” qəzetlərində məqalələr dərc edilmişdir.

Mina Abdullayev “Əmək veteranı”, “Fəxri dəmir yolçu” fəxri adlarına layiq görülmüş, “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.

Xeberde.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir