Bölgə Mədəniyyət

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi – FOTO

Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub.

Bu barədə xeberde.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub.

Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.

Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir