Cəmiyyət Mədəniyyət

Əməkdar memar vəfat etdi – FOTO

Azərbaycanda Əməkdar memar vəfat edib.

xeberde.az-ın məlumatına görə, Cəmaləddin Bəy oğlu Qədirov dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, C.Qədirov 1953-cü ildə Qusarda doğulub.

1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan “Avtoyol” Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı İcraiyyə Komitəsi “Bərpaçı” Baş İdarəsində memar, elmi layihə sektorun rəisi; “Bərpaçı” Elmi-istehsalat idarəsinin rəis müavini (1989-1990). 1990-2012-ci illərdə sərbəst memarlıq fəaliyyəti ilə məşğul olub. 2012-2015-ci illərdə “Archilit MMC”-da baş memar kimi çalışıb.

O, 2015-ci ildən sərbəst memarlıq fəaliyyəti ilə məşğul olub.

Onun əsas işlərinə “İçərişəhər”də Məhəmməd məscidinin bərpa layihəsi, Bakı şəhərində H.Əliyev Fondunun binası; Bakı şəhərində H.Əliyev adına Müasir Təhsil Kompleksini və s. misal göstərmək olar.

C.Qədirov 2016-cı ildə Azərbaycan Respublikasının “Əməkdar memar”ı adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir