2002-ci ildə Türkiyənin İstanbul şəhərində müəmmalı şəkildə yoxa çıxan əfqan biznesmenin dəhşətli qətlin qurbanı olduğu üzə çıxıb.
xeberde.az Habertürk”ə istinadla xəbər verir ki, həmin il Qurban bayramından iki gün sonra Zeytinburnu Mərkəzi Polis İdarəsinə gedən Əfqanıstan vətəndaşı biznesmen olan qardaşı oğlunun 2 gündür evə gəlmədiyini bildirib.
Əfqanıstan, Səudiyyə Ərəbistanı və Türkiyədə biznesi olan iş adamı İsmət bəy müəmmalı şəkildə yoxa çıxıb. Onun mobil telefonu da sönük olub. Əmisinin ərizəsi əvvəlcə itkinlər masasına göndərilsə də, sonradan onun qətli məsələsi araşdırılıb.
Dosye adam öldürmə dəstəsinin təcrübəli detektivlərindən biri, qətl eksperti Mustafa Bayrama verilib.
Fotoda Mustafa Bayram
Bizensmenin əvvəlcə telefon danışığı qeydlərinə baxılıb. Məlum olub ki, əfqan əsilli İsmətin telefonu söndürüldükdən sonra cihaza başqa bir nömrə taxılıb və bunu edən bir qadın olub. Detektiv həmin qadının kimliyini araşdırmağa başlayıb.
Axtarışlar nəticəsində Zeytinburnu ərazisində qadınla əlaqəsi olan bir neçə əfqan və iranlının şəxsiyyəti müəyyən edilib.
“İş adamının Zeytinburnuda sonuncu dəfə getdiyi ünvandan sonra yoxa çıxdığımı bilirdik. Bu kontekstdə diqqətimizi tapdığımız əfqanlara yönəltdik” – M.Bayram danışır.
Həmin evdə 3 əfqan yaşayırdı. Evə daxil olan əməliyyatçılar hər bir hadisədə olduğu kimi dərhal göz ucu ilə evin içini yoxlayıblar. Bu zaman hamamda yeni boyama işlərini aparılması diqqət çəkib.
Detektiv M.Bayram əfqanların divara sıçramış qan izlərini örtmək üçün belə bir iş tutduqlarını dərhal başa düşüb:
“Nə etdiklərini soruşduq, bizə “qurban kəsmişik. Qan sıçramışdı, qonşularımıza da payladıq” dedilər. Təbii ki, bu, bizə inandırıcı gəlmədi. Hadisə yerini araşdırmaq üçün kömək çağırdıq”.
Hadisə yeri araşdırma qrupları, boyanın vurulduğu divardakı izləri və divarı təmizləmək üçün istifadə edilən fırçanı da araşdırıblar.
Bundan əlavə, şübhəlilərin “qurban kəsdik” sözlərindən sonra əfqanların kirayə qaldığı evin sahibi dindirilib. Ev sahibi “bəli, bizə qurban kəsdiklərini, dana əti olduğunu dedilər, bizə ət gətirdilər” sözlərini söyləyib.
3 şübhəli dindirilmə zamanı bizensmenin evlərinə gəlmədiyini və onun harada olduğunu bilmədiklərini deyiblər.
Evdən alınan tapıntıların nəticələri dərhal məlum olmadığı üçün 3 şübhəli sərbəst buraxılıb.
Cinayət Şöbəsinə göndərilən qan nümunələrinin insan qanı olduğu müəyyən edilib. Bu qanın əfqan biznesmenə aid olduğu müəyyənləşdirmək üçün isə iş adamının əmisinin evində qalan saç rezinindəki kəpək araşdırılıb.
DNT nəticələrinin üst-üstə düşməsi ilə hər şey aydın olub.
Bu faktın üzə çıxması ilə əfqan şübhəlilər (Halil B, Mehmet C və Cora Ç) yenidən saxlanılıb və onlardan 2-si cinayəti etiraf edib. Məlum olub ki, əfqanlar öldürdükləri iş adamını məhv etmək üçün hamamda tikə-tikə doğrayıb qonşulara “qurban” kimi paylayıblar.
Məhkəmədə şahid qismində danışan ev sahibi cütlük “Bizə mal əti kimi gətiriblər. Sümükləri bir az böyük idi. Dadı gözəl idi, amma hələ də inana bilmirik” deyiblər.
Şübhəli əfqanlardan biri azadlığa buraxılsa da, 2-si barəsində ağırlaşdırılmış həbs cəzası verilib.