Kriminal

Yardımlıda əməliyyat: SİLAHLI ŞƏXS SAXLANILDI

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir