“Azərişıq” ASC süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparır.
xeberde.az-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.
A.Məmmədzadə diqqətə çatdırıb ki, “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində süni intellektin tətbiqi ilə bağlı araşdırmalar aparılır:
“Biz artıq rəqəmsallaşma, innovativ texnologiyaların tətbiqi istiqamətində müəyyən mənada süni intellekt komponentlərindən istifadə edirik. Amma bu, hələ ki, tədqiqat səviyyəsindədir. Bu, konkret layihə səviyyəsində çatdıqda bu barədə ictimaiyyətə məlumat veriləcək”.