İqtisadiyyat

Balıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanıb

Azərbaycanda balıqçılığın inkişafı ilə bağlı 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramı hazırlanıb.

xeberde.az  xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisdə “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

Nazir müavininin sözlərinə görə, Dövlət Proqramının səmərəli həyata keçirilməsini təmin etmək üçün müvafiq dövlət qurumları ilə müzakirələr olub. “Proqramda su ehtiyatları, torpaqlardan düzgün istifadə etməklə ölkədə balıqçılıq təsərrüfatının rəqabətəqabliyyətli şəkildə inkişafının dəstəklənməsi nəzərdə tutulur”, – nazir müavini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir