Gündəm Hadisə

TƏBİB əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqladı – YENİLƏNİB

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb.

TƏBİB-dən xeberde.az-a bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib.

Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib.

Məlumata görə, əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb, pasiyentin hemodinamikası stabil olub:

“Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi “ağciyər arteriyasının trombemboliyası” diaqnozu ehtimal olunur”.

***

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

xeberde.az xəbər verir ki, Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov dünən xəstəxanada damar əməliyyatı zamanı ölüb.

Onun varikosel xəstəliyindən əziyyət çəkdiyi və cərrahi müdaxilə zamanı həyatını itirdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir