Dünya

Dünyada Rusiyaya nifrət artır – Pamfilova

“Dost olmayan ölkələrdən Rusiyaya qarşı nifrətin artması sürətlənir”.

xeberde.az xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova bildirib.

O, 2024-cü il seçkilərindən və bir sıra ölkələrdə səsvermə ilə bağlı çətinliklərdən sonra nəticələr çıxarıldığını vurğulayıb.

Pamfilovanın sözlərinə görə, nifrətin artması eksponensial olaraq artır.

Ancaq Rusiya MSK-sının sədri herçəkliyi düzgün təesbit etsə də, düyada Rusiyaya qarşı nifrətin artmasının səbəbləri barədə heç nə deməyib.

Rusiyada bir qayda olaraq həmin səbəblərə toxunmurlar və bunu Kremlin xarici siyasətindən qaynaqlana biləcəyinə ehtimal vermirlər.(Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir