Dağıstanda Qejuxa su anbarında bəndin dağılmasından sonra Dərbənd rayonunun dörd mikrorayonundan ümumilikdə 4000-dən çox insan təxliyə edilib.
xeberde.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb.
Bəyanata görə, Fövqəladə Hallar Nazirliyinin aviasiyası vəziyyəti izləmək üçün səfərbər edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbəri Müslüm Devrişbekovun rəhbərlik etdiyi xüsusi qrup hadisə yerinə göndərilib.
Qeyd edilib ki, ötən gün çayın daşması səbəbindən Dərbənd rayonunda bənd uçub və axşama qədər Fövqəladə Hallar Nazirliyi təxminən 800 ailəni müvəqqəti yaşayış mərkəzlərinə təxliyə edib. Eyni zamanda, nazirlik 823 uşaq da daxil olmaqla daha 4165 nəfərin təhlükəsiz zonaya köçürülməsi planlarını açıqlayıb. Suyun səviyyəsinin artması səbəbindən Kavkaz federal magistral yolunda körpü uçub. Dərbənd rayonunda çayın axını nəticəsində bir qadın və bir uşaq həlak olub. Hazırda daha 2 nəfərin axtarışları aparılır.



