Dünya Təhsil

Müəllim də, şagird də telefonsuz: məktəblərdə sərt qərar

Gürcüstanda 2026–2027-ci tədris ilindən etibarən dövlət məktəblərində dərs zamanı mobil telefonlardan istifadə həm şagirdlər, həm də müəllimlər üçün qadağan ediləcək.

xeberde.az xəbər verir ki, rəsmi açıqlamaya görə, müəllimlər şagirdlərə şəxsi nümunə göstərməli, dərs vaxtı telefonlarını onlarla birlikdə xüsusi saxlama qutularında qoymalıdırlar. Bu yanaşma ilə məktəblərdə diqqətin yayındırılmasının qarşısının alınması və dərs prosesinin effektivliyinin artırılması hədəflənir.

Hazırda qadağanın tətbiqi mexanizmi üzərində iş aparılır. Yeni qaydanın ölkə üzrə bütün dövlət məktəblərində eyni formada icra olunacağı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir