Dünya

Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan oldu

Elon Mask dünyanın ilk trilyonçusu olmağa bir addım da yaxınlaşıb.

xeberde.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bu ayın əvvəlində kosmos gəmisi və raket istehsalı ilə məşğul olan “SpaceX” şirkəti tender təklifi elan edib və şirkətin dəyəri 800 milyard dollar olaraq qiymətləndirilib. Avqust ayında bu göstərici 400 milyard dollar olub.

“SpaceX”in təxminən 42%-nə sahib olan Maskın sərvəti bu qiymətləndirmə nəticəsində 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb.

Beləliklə, Elon Mask tarixdə sərvəti 600 milyard dolları keçən ilk insan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir