Dünya Hadisə

Bu ölkədə prezident həbs edildi

Qvineya-Bisauda dövlət çevrilişi baş verib. Məlumata görə, ölkə Prezidenti Umaru Sisoko Embalo hərbçilər tərəfindən saxlanılıb.

xeberde.az xəbər verir ki, bu barədə prezidentin özü “Jeune Afrique” nəşrinə zəng edərək məlumat verib.

Onun sözlərinə görə, çevriliş Ordu Baş Qərargah rəisi tərəfindən təşkil edilib. Həbs prezidentin öz kabinetində baş verib.

Bildirilir ki, prezident sarayı və Milli Seçki Komissiyası yaxınlığında silah səsləri eşidilib. Hərbi geyimli şəxslər ölkənin paytaxtı Bisauda yerləşən saraya aparan əsas yolu nəzarətə götürüblər.

Ümumilkdə vəziyyət qeyri-müəyyən olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir