Dünya

Türkiyədə Netanyahunun “edamı” nümayiş etdirildi

Trabzon şəhərində yerli sakinlər İsrailin baş naziri Binyamin Netanyahunu əks etdirən çuval maneken hazırlayaraq tikinti kranından asıblar.

xeberde.az xəbər verir ki, hadisə zamanı manekenin üzərinə “Netanyahunun edamı” sözləri yazılmış plakat da bərkidilib.

Aksiya iştirakçıları bu yolla İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və fələstinlilərə qarşı zorakılığa etirazlarını ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir