Dünya

Ukraynanın baş naziri istefa verdi: Denis Şmıqal müdafiə naziri postuna keçir

Ukraynanın baş naziri Denis Şmıqal istefa ərizəsi yazaraq vəzifəsini tərk edib.

xeberde.az  xəbər verir ki, bu barədə sənəd artıq Ukrayna Ali Radasına təqdim olunub.

15 iyul 2025-ci il tarixli rəsmi müraciətdə Şmıqal Ali Radaya və prezidentə ünvanlanaraq baş nazir postundan azad olunmasını xahiş edib. İmzalanmış sənəd ictimaiyyətə təqdim olunub və sosial şəbəkələrdə geniş yayılıb.

Eyni zamanda Ukrayna mənbələri bildirirlər ki, Denis Şmıqal bundan sonra ölkənin müdafiə naziri postunu tutacaq. Bu dəyişiklik Ukraynada davam edən müharibə şəraitində təhlükəsizlik və hərbi idarəetmədə yeni mərhələyə keçidin əlaməti kimi qiymətləndirilir.

Ekspertlər bu təyinatın Ukraynanın müdafiə strategiyasının daha sərt kursa yönələcəyinə işarə etdiyini hesab edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir