Dünya

Ukrayna Almaniyaya milyardlıq silah siyahısı göndərdi

Ukrayna hökuməti Almaniyaya dəyəri milyardlarla avro olan yeni silahlar üçün gizli sorğu göndərib.

xeberde.az bu barədə Almaniyanın nüfuzlu “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Kiyev Berlindən dörd yeni IRIS-T hava hücumundan müdafiə sistemi, orta mənzilli IRIS-T SLM sistemi üçün 1500 idarəolunan raket və qısa mənzilli IRIS-T SLS sistemi üçün isə əlavə 500 raket istəyib. Bundan əlavə, Ukrayna tərəfi Almaniyadan 200 min ədəd 40 mm-lik zenit sursatı da tələb edib.

Silah tələbi üç əsas kateqoriyaya bölünüb: hava hücumundan müdafiə, zirehli nəqliyyat vasitələri və radioelektron mübarizə sistemləri.

“Bild” qeyd edir ki, Almaniya hökuməti artıq bu siyahı ilə tanış olub, lakin sorğunun detalları hələlik ictimaiyyətə açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir