Dünya

Bu şəxslərin Məkkəyə girişi qadağan edilir

Səurdiyyə Əsəbistanı bəzi şəxslərin Məkkəyə girişini qadağan edib.

xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, iş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin çərşənbə günündən etibarən Məkkəyə girişinə qadağa qoyulacaq.ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

Yerli mətbuatın yazdığına görə, Daxili İşlər Nazirliyi Həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün belə bir addım atıb.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi həcc ziyarətinə getmək istəyənləri saxta reklam və təkliflərə qarşı diqqətli olmağa çağırıb.

Nazirlik ziyarətin yalnız səlahiyyətli qurumlar vasitəsilə alınan “həcc vizası” ilə mümkün olduğunu deyib.

Bu prosesin 80 ölkədə müəyyən edilmiş rəsmi ofislərlə razılaşdırılaraq həyata keçirildiyi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir