Siyasət

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır

Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstana dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar iki dost və qardaş ölkə arasında əməkdaşlığın artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlət başçıları arasında keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edən Prezident […]