İdman

“Milyonlar qazanıram, mənə fərq etməz”

UFC-nin orta çəki dərəcəsində hazırkı çempionu Həmzət Çimayev onun ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib. “xeberde.az” İdman.Biz-ə istinadən bildirir ki, tanınmış idmançı “Beyond the Win” podkastında çıxışı zamanı oktaqona nadir hallarda çıxması barədə deyilənlərə qətiyyən əhəmiyyət vermədiyini açıqlayıb. Çimayev maddi baxımdan heç bir probleminin olmadığını və indiki həyatından tam məmnun qaldığını vurğulayıb. Çempion qazanclarından danışaraq qeyd […]

Cəmiyyət

Mətləb Mütəllimli vəfat etdi

Azərbaycanın baş prokurorunun sabiq müavini Mətləb Mütəllimli vəfat edib. “xeberde.az” xəbər verir ki, bu barədə M.Mütəllimlinin qohumları məlumat veriblər. Məlumata görə, M.Mütəllimli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mətləb Mütəllimli 1995-ci ildə Milli Məclisin 1-ci çağırış deputatı olub. O, həmçinin Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan-İran parlamentlərarası əlaqələr […]

İqtisadiyyat

Bu ölkədə benzinin qiyməti rekord həddə çatdı

Niderlandda benzin qiymətləri tarixi maksimuma yüksələrək, bir litr üçün təqribən 2.60 avro təşkil edib. “xeberde.az” xəbər verir ki, bu göstəricilər “United Consumers” istehlakçı təşkilatının hesabatında öz əksini tapıb. Çərşənbə axşamı olan məlumata əsasən, Niderlandda bir litr benzinin dəyəri 2.597 avroya, dizel yanacağının qiyməti isə 2.811 avroya qədər artıb. Xatırladaq ki, Ukraynadakı münaqişənin başlanması və neftin […]

Dünya

İtaliya rəsmən bəyan etdi: ABŞ-İran qarşıdurması dünyanı uçuruma aparır

İtaliyanın müdafiə naziri Quido Krosetto İranla bağlı artan gərginliyin qlobal təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib. “xeberde.az” xəbər verir ki, nazir Reuters-ə açıqlamasında nüvə eskalasiyası ehtimalını “dəlilik” kimi qiymətləndirərək, vəziyyətin nəzarətdən çıxa biləcəyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı qarşıdurma elə mərhələyə çatıb ki, atılan hər addım daha sərt cavabla nəticələnir və bu, münaqişəni daha təhlükəli […]

Dünya

Tehrandakı sinaqoq bu səbəbdən vurulub – İDF-dən AÇIQLAMA

İsrail Tehrandakı sinaqoqa endirdiyi və binanın ciddi zərər görməsinə səbəb olan zərbə ilə bağlı təəssüfünü bildirib. “xeberde.az” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Qüvvələrinə (İDF) istinadla məlumat yayıb. İsrail ordusundan qeyd ediblər ki, hücumun hədəfi yüksək rütbəli iranlı komandir olub. Aprelin 6-da İran ABŞ-ın 45 günlük atəşkəs təşəbbüsünü rədd […]

Araşdırma

Ən riskli yaş açıqlandı: Kartof yeyərkən iki dəfə düşünün

Kartof məsum görünsə də, ondan çox istifadə etmək təzyiq riskini artırır. Həftədə dörd porsiyanı keçmək bəzi yaş qruplarında qan şəkərini sürətlə yüksəldə bilər və damar sağlamlığına mənfi təsir göstərər. “xeberde.az” xəbər verir ki, İngiltərəli pəhriz mütəxəssisi Sara Bruer xüsusilə 40 yaşdan yuxarı fərdləri maraqlandıran diqqətçəkən bir xəbərdarlıq edib. Bruerə görə, kartofun tez-tez istehlakı yüksək qan […]

Cəmiyyət

Tezliklə yoxsulluğa əlvida deyəcək BÜRCLƏR

Aprelin 7-dən etibarən üç bürc üçün maliyyə çətinlikləri sona çatmağa başlayıb. “xeberde.az” xəbər verir ki, dəyişiklik zəruridir və indi bunu etmək qorxulu deyil. Buğa Aprelin 7-dən düşüncələrinizdə aydınlıq qazanacaqsınız. Narahatlıq sizə və maliyyə vəziyyətinizə mənfi təsir göstərir, ona görə də hər şeyi qaydasına salmalısınız.  Narahat olmağı və hər şeyi həddindən artıq təhlil etməyi dayandırırsınız. Pluton […]

Cəmiyyət

Sulutəpə və Xocahəsən qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun bir hissəsində qaz olmayacaq. Bu barədə xeberde.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocahəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Siyasət

Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır

İlham Əliyevin 6 aprel 2026-cı ildə Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda Gürcüstan və Azərbaycan dövlətlərinin tarixən dost və tərəfdaş olduğunu və bu səfərin iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcəyini söylədi. Azərbaycan Prezidenti eyni zamanda bu görüşün Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu bir daha nümayiş etdirdiyini qeyd etdi. Dövlət başçısı ilk növbədə […]