Siyasət

Azərbaycan–Gürcüstan münasibətlərinin çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlıq üzərində qurulub.

Cənubi Qafqaz regionunda baş verən geosiyasi dəyişikliklər və formalaşan yeni reallıqlar fonunda Azərbaycan ilə Gürcüstan arasında münasibətlər xüsusi aktuallıq kəsb edir. Regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunmasında bu iki ölkənin rolu getdikcə daha qabarıq şəkildə ön plana çıxır. Son illərdə həyata keçirilən birgə layihələr və yüksək səviyyəli qarşılıqlı səfərlər bu tərəfdaşlığın daha da […]

Cəmiyyət

Müsbət sərmayələr davamlı olaraq  qoyulur

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfəri həyata keçirib. Bu, bir daha sübut edir ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı mətbuata verdiyi bəyanatda deyildiyi kimi, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu […]

Cəmiyyət

Hər zaman bir yerdəyik

Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi […]

Cəmiyyət

Tarixi qonşuluğun, qardaşlığın parlaq nümunəsi

        1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın […]

Cəmiyyət

Əməkdaşlığın yeni üfüqləri

       Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixində Gürcüstana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda xüsusilə bu cəhət vurğulanır ki, dost, qonşu və qardaş ölkənin rəhbərinin səfəri münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət daşıyır. Çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri […]

Cəmiyyət

Sıx qonşuluq əlaqələri əməkdaşlığı gücləndirəcək

Azərbaycan və Gürcüstan arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin davamlı inkişafı sevindirici və önəmli hadisədir. Bu kontekstdə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri dərin maraq doğurur. Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 23 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə […]

Cəmiyyət

Qarşılıqlı əlaqələrin gücləndirilməsi zamanın tələbidir

          Prezident İlham Əliyevin cari ilin 6 aprel tarixində Gürcüstanına səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatdan göründüyü kimi, ölkələrimiz arasında mövqelərimiz getdikcə möhkəmlənir. İki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir, Artıq Azərbaycan və Gürcüstan strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə qalxıblar və bu münasibətlər faktiki olaraq, tərəflərin ortaq strateji maraqlarına söykənir. […]

Dünya

Müctəba Xameneinin vəziyyəti ağırdır – Qumda müalicə alır

“İranın yeni Ali Lideri Müctəba Xameneinin vəziyyəti ağırdır və Qum şəhərində müalicə alır”. xeberde.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazıb. Qəzet ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanan sənədi əldə edib. Sənəddə bildirilir ki, Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei huşsuz və ağır vəziyyətdədir və heç bir qərar qəbuletmə prosesində iştirak edə bilmir. Sənəddə deyilir ki, “Müctəba […]

Bölgə Hadisə

34 yaşlı kişi məktəblilərə hücum etdi – Xəsarət alanlar var

Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib. xeberde.az xəbər verir ki, hadisə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib. Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına […]

Bölgə Hadisə

Tovuzda 19 yaşlı qız oğurlandı – 4 nəfər tutuldu

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan xeberde.az-a bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, […]