“Hizbullah”ın kəşfiyyat rəisi Hüseyn Makled Beyrutda öldürülüb. xeberde.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında deyilir. Livan hakimiyyət orqanlarının məlumatına görə, İsrailin Beyruta hava zərbələri zamanı 30-dan çox insan ölüb, təxminən 50 nəfər yaralanıb.
Month: Aprel 2026
Bəhlul Mustafazadə əməliyyat olundu
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub. xeberde.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib. B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
17 gün İŞ OLMAYACAQ – Həmin TARİXLƏR
Mart ayında Azərbaycanda qeyri-iş günlərinin sayı açıqlanıb. xeberde.az xəbər verir ki, qarşıdan gələn ay ərzində ölkədə üç bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü, eləcə də Ramazan və Novruz bayramları qeyd ediləcək. Təqvimə əsasən, martın 8-i bazar gününə təsadüf etdiyindən 9 mart da istirahət günü olacaq. Bundan əlavə, 20–24 mart tarixləri Novruz bayramı günləri kimi […]
Ayın 3-də 15 dərəcə şaxta OLACAQ – PROQNOZ
Martın 3-də gözlənilən hava şəraiti açıqlanıb. xeberde.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcədən 3°-dək, gündüz 6 dərəcədən 10°-dək […]
Rusiya Ukraynada yeni ərazilər ələ keçirib
Rusiya hərbi qüvvələri Ukraynada bir sıra yeni əraziləri ələ keçirib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya hərbi qüvvələri Xarkov bölgəsindəki Kruqloe, Donetskdə isə Drobışevo və Reznikovka yaşayış məntəqələrini nəzarətə götürüb”, – deyə açıqlamada deyilir. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi artıq 5-ci ildir ki, davam edir.
Ermənistan Konstitusiyasından ərazi iddialarını çıxarır? – RƏSMİ CAVAB
Ermənistanın yeni Konstitusiyasının layihəsi demək olar ki, hazırdır, lakin onun preambula və birinci fəsli, eləcə də Baş nazirlə bağlı bir sıra məsələlər hələ müzakirə olunmayıb. xeberde.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. O, xatırladıb ki, yeni Konstitusiya layihəsi mart ayında ictimai müzakirəyə təqdim olunacaq. Nazir əlavə edib ki, ilkin […]
Liseydə bıçaqlı hücum: Şagird iki müəllimi və bir məktəblini VURDU – Bu ölkədə
İstanbulun Çekmeköy rayonunda yerləşən liseydə şagirdlərdən biri özü ilə gətirdiyi bıçaqla iki müəllimi və bir məktəblini bıçaqlayıb. Bu barədə “Türkiye Gazetesi” məlumat yayıb. Xəbərdə bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır, digər ikisinin həyatı üçün təhlükə yoxdur. Liseyə hücum edən şəxs saxlanılıb, hadisə ilə bağlı araşdırma başlanılıb./AzEdu.az
Azərbaycanın bir sıra səfirlikləri gücləndirilmiş rejimdə çalışır
Azərbaycanın İran və İsraildəki səfirlikləri gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər. Bunu xeberde.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bir müddət əvvəl bəyanat yayaraq vətəndaşlarını İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail və İrana səfərdən çəkinməyə çağırıb. Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İrana […]
İran: Netanyahunun ofisinə zərbə endirmişik
İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib. xeberde.az xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. Bildirilir ki, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb. Netanyahunun taleyinin naməlum olduğu bildirilir. Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub. İsrail tərəfdən məsələyə rəsmi münasibət […]
Bakıda bu “Mall” bağlanır
Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Mall”lardan biri bağlanır. Yasamal rayonunda, “Yeni Yasamal” kimi tanınan ərazidə yerləşən “Yasamal Mall” bağlanır. Tezliklə sözügedən ticarət mərkəzinin yerləşdiyi obyektdə supermarket şəbəkələrindən birinin açılması nəzərdə tutulur./Milli.Az










