Dünya Siyasət

Tramp Azərbaycan Prezidentini Vaşinqtona DƏVƏT ETDİ

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevralda Vaşinqtonda keçirilməsi planlaşdırılır. xeberde.az xəbər verir ki, “Axios” nəşrinin məlumatına görə, tədbirə Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan liderləri dəvət olunub və rəsmi Bakının sammitdə yüksək səviyyədə təmsil olunacağı gözlənilir. Amerikalı rəsmilər görüşü formal olaraq Qəzza sektorunun bərpası üçün humanitar vəsait toplama platforması […]

Bölgə Hadisə

Qubada bir ailənin 8 üzvü qonaqlıqda qidadan zəhərlənib

Quba rayonunda səkkiz nəfər qidadan zəhərlənib. xeberde.az xəbər verir ki, rayonun Xucbala kəndində qonaqlıq zamanı – 1953-cü il təvəllüdlü N.Şabutov, 1953-cü il təvəllüdlü H.Şabutova, 1986-ci il təvəllüdlü A.Şabutova, 2003-cü il təvəllüdlü A.Şabutova, 2003-cü il N.Şabutova, 2010-cu il D.Şabutov, 2025-ci il təvəllüdlü G.Şabutova və 1978-ci il təvəllüdlü D.Məmmədova qida zəhərlənməsi diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. […]

Dünya

Filippində “Basyanq” fırtınası – 12 nəfər öldü

Filippində “Basyanq” tropik fırtınasının törətdiyi fəsadlar nəticəsində azı 12 nəfər həyatını itirib. xeberde.az-ın məlumatına görə, bu barədə GMA telekanalı ölkənin Mülki Müdafiə İdarəsinə istinadən xəbər yayıb. Bildirilir ki, Mindanao adasında yerləşən Kaqayan-de-Oro şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb, digər ölənlər isə daşqınlar zamanı boğulub. Güclü yağışlarla müşayiət olunan fırtına Filippinin cənub bölgələrində […]

İdman

“Neftçi” “Qarabağ”ın azarkeşlərini oyuna buraxmadı

Bu gün “Neftçi” və “Qarabağ” komandalarının əvəzedici heyətləri arasında oyun keçirilib. xeberde.az xəbər verir ki, “Neftçi”nin 2:0 qələbəsi ilə başa çatan matça “Qarabağ”ın azarkeşləri buraxılmayıb. Onların matça buraxılmamasının səbəbi bəlli deyil. Amma sosial şəbəkələrdə yazılanlara görə, dünən komandaların U-17 heyətləri arasında matç keçirilib. Həmin oyunda “Qarabağ” azarkeşləri komandalarına böyük dəstək göstəriblər. Bu səbəbdən də “Neftçi” tərəfi […]