Bölgə

Ərdoğanın oğlu Tərtərdə olub – FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ailə üzvləri ilə birlikdə Tərtər rayonunda olub. xeberde.az xəbər verir ki, səfər çərçivəsində Bilal Ərdoğan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Daha sonra rayon rəhbəri ilə birlikdə Tərtər şəhəri, Elman Səfərov küçəsində Sahib İsmayılova məxsus, erməni separatçıları tərəfindən atılmış “Smerç” raketi nəticəsində dağıdılmış açıq hava şəraitində […]

İdman

Çempionlar Liqasında 7-ci tur – Bugünkü OYUNLAR

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tura start veriləcək. xeberde.az xəbər verir ki, ilk oyun günün 9 matç keçiriləcək. Qeyd edək ki, Azərbaycan təmsilçisi “Qarabağ” meydana sabah çıxacaq. Komandamız Bakıda “Ayntraxt”ı (Almaniya) qəbul edəcək. Görüş saat 21:45-də başlayacaq. Çempionlar Liqasının bugünkü oyunlarından bir neçəsi Azərbaycanın İctimai TV və “CBC Sport” kanallarında canlı yayımlanacaq. 20 yanvar UEFA […]

AKTUAL Bölgə

“Azərişıq” Lerik rayon İcra Hakimiyyətini günahlandırdı: “Yollar açılmalıdır!”

“Azərişıq” ASC Lerik rayonunda 80-ə yaxın kəndin işıqsız qalması məsələsinə münasibət bildirib. xeberde.az xəbər verir ki, qurumdan oxu.az-a bildirilib ki, məsələ, əslində, göründüyü kimi deyil. Açıqlamada qeyd olunub ki, Lerikdə kifayət qədər intensiv iş gedir, elektrik enerjisinin verilişi təmin edilir: “80 kənd deyəndə ucqar ərazidəki yaşayış məntəqələri nəzərdə tutulur. Hər kənddə 5-10 ev var. Əksəriyyəti balaca kəndlərdir. 80 kənddə […]

Bölgə Ölkə

Qubanın Hacıağalar kəndində yol problemi – Şəhid qardaşı fəryad etdi – FOTOLAR

Quba rayon Rustov kənd inzibati dairəsinin Hacıağalar məntəqəsinin yolları bərbad vəziyyətdədir. Qış aylarında isə kənd sakinləri, məktəbə gedən azyaşlı uşaqlar olmazın əziyyətini çəkirlər. Bu haqda mecra.az-a şikayət edən şəhid Xanlar Məmmədovun qardaşı Mahir Məmmədov yollarının illərdir ki, bərbad vəziyyətdə olduğunu bildirib: “Kəndimiz birinci Qarabağ savaşında üç şəhid verib və onlardan biri də mənim qardaşımdır. Hazırda kəndin […]

Şou-Biznes

Onlar duet konsert proqramı ilə eyni səhnədə çıxış edəcək

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zərifliyin, duyğunun və sevginin səhnədə sözə və musiqiyə çevrildiyi möhtəşəm bir gecə sənətsevərləri gözləyir. Milyonların sevdiyi Türkiyənin məşhur müğənnisi Orhan Ölmez ilə tanınmış şair və qiraət ustası Səbuhi Zaman ilk dəfə duet konsert proqramı ilə eyni səhnədə çıxış edəcək. Şeir və musiqinin harmoniyasının təqdim olunacağı bu xüsusi axşam […]

Dünya

Tramp Paşinyanı da “Sülh Şurası”na dəvət etdi

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı da Qəzzada yaradılacaq “Sülh Şurası”na dəvət edib. xeberde.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Onun sözlərinə görə, Paşinyan rəsmi şəkildə Qəzza “Sülh Şurası”nda təsisçi üzv kimi iştirak etməyə dəvət olunub. Baqdasaryan qeyd edib ki, Baş nazir Paşinyan bu təklifi hazırlıqla […]

Siyasət

Sovet ordusu Azərbaycan xalqının iradəsini sındıra bilmədi – Litva Prezidenti

Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin qurbanlarını yad edib. xeberde.az xəbər verir ki, o, bu barədə “X” hesabında qeyd edib. “Litva 1990-cı ilin yanvarında Sovet ordusunun təcavüzü nəticəsində şəhid olan günahsız insanların müqəddəs xatirəsi yad edilərkən Azərbaycanın yanında olduğunu bildirir. Sovet ordusunun təcavüzü Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Şəhidlərin ruhları şad olsun”, – G.Nauseda vurğulayıb.

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 68 dollara qədər azaldı

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dollar azalıb. xeberde.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları və ya 2,4 % azalaraq 68,88 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” […]

Dünya Hadisə

Türkiyədə qar uçqunu – Ölən var

Türkiyənin Giresun vilayətində qar uçqunu baş verib. xeberde.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Güce rayonunda qeydə alınıb. Məlumata görə, Mustafa Yiğit adlı çoban qar uçqununun altında qalıb. Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub. M. Yiğitin cansız bədəni qar yığınının altından çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.

Siyasət

Ceyhun Bayramovdan İrandakı azərbaycanlılarla bağlı AÇIQLAMA 

Azərbaycanın İrandakı səfirliyi, eləcə də Təbrizdəki Baş Konsulluğunun fəaliyyəti 1 saat da olsun dayanmayıb. xeberde.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov bildirib.  Onun sözlərinə görə, hazırda İrandakı diplomatik nümayəndəliklərimiz fasiləsiz fəaliyyət göstərir. “İranda olan Azərbaycan vətəndaşları hər hansı çətinliklə üzləşdikləri təqdirdə aidiyyəti qurumlara müraciət edə bilərlər”. Ceyhun Bayramov qeyd edib ki, hazırda İrandakı […]