Ötən il 1500 şəxsin əlilliyi ləğv edilib. xeberde.az bildirir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev deyib. O qeyd edib ki, 2025-ci ildə əlilliyin təyin olunması ilə bağlı aidiyyəti quruma ümumilikdə 74 mindən çox müraciət daxil olub. Aparılan qiymətləndirmələrin nəticəsinə əsasən, bu müraciətlərin 31 faizi, yəni təxminən 22 min […]
Month: Fevral 2026
Prezident İlham Əliyev MÜHÜM FƏRMAN imzaladı
Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə”nin təsdiqi və “Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanında dəyişiklik edilib. xeberde.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, “Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib. Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına […]
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir
Azərbaycanda bir sıra şəxslərə kommunal ödənişlərdə və nəqliyyatda gedişhaqqına görə güzəştlər tətbiq edilir. Bu, müvafiq qanunvericilklə tənzimlənir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq vətəndaşlara kommunal, nəqliyyat və digər xidmətlər üzrə verilən güzəştlərin müvafiq müavinətlərlə əvəz olunmasına dair Prezidentin Fərmanı mövcuddur. Belə ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, […]
Bələdiyyələrin ləğvi təklif olundu
Bakıya sonuncu qar yağmasından sonra məlum oldu ki, Bakının mərkəzi dərhal qardan təmizlənir. Ancaq şəhər ətrafı qəsəbələr və kəndlərin yolları barədə bunu söyləmək mümkün deyil. Şəhərətrafı qəsəbələrdə və kəndlərdə yaşayan sakinlər mərkəzə gəlib çıxa bilmədilər. Hər il qış aylarında qar yağan zaman eyni vəziyyət təkrarlanır. Küçələrin, həyətlərin qardan təmizlənməsində bələdiyyələrin fəaliyyəti isə hiss olunmur. Nə […]
Yeni mərhələ başlayır – “Səsiniz olaq” Azərbaycanda ilk dəfə
“2025-ci ilin iyul ayında icrasına başlanılan inklüziv layihə – “Səsiniz olaq” onlayn surdotərcümə xidməti ölkəmizdə ilk dəfə tətbiq olunur”. xeberde.az bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev […]
Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu – SENSASİON TƏFƏRRÜATLAR
Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri […]
Futbol matçında silahlı hücum – 11 nəfər öldü
Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində keçirilən həvəskar futbol matçı faciəyə çevrilib. Hakimiyyət orqanlarının məlumatına görə, naməlum silahlı şəxslər tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində 11 nəfər ölüb, 12-si yaralanıb. Bildirilib ki, iki pikapla gələn silahlı şəxslər oyunçulara və tamaşaçılara atəş açıblar. Nəticədə on nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılar xəstəxanalara aparılıb. Salamanka meri […]
Bazarda kartof gərginliyi: Satıcılar niyə ÜSYAN PÜSKÜRDÜLƏR?
Son günlər ölkə bazarlarında satılan kartofla bağlı xəbərlər alıcıları narahat edir. İddialara görə, istehlak bazarına texniki və yemlik sort kartof çıxarılır, əhaliyə isə ərzaq kartofu kimi təqdim olunur. İnsan orqanizmi üçün təhlükəli olduğu deyilən bu məhsul ölkəyə idxal edilərək dəfələrlə baha qiymətə satılır. Texniki kartof spirt, kraxmal və plastik istehsalında, yemlik kartof isə heyvandarlıqda şirəli […]
Elçin Ağamalı: “Ana Vətən” partiyası qanunları pozaraq növbəti qurultayını gizli şəkildə keçirib
Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra (ilk 5-6 gün istisna olmaqla) müzakirələrin fərqli məcraya yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən mənə ünvanlanan sualları cavablandırmaqdan mümkün olduğu qədər çəkinmişəm. Partiyada yaranmış durumun qarşılıqlı şəkildə oturub danışılaraq həll olunması üçün çox saylı təşəbbüslər göstərsəm də addımlarım müsbət qarşılığını görməmişdir. Şəxsimə qarşı […]
Gülər Rüstəmova vəzifəsindən AZAD EDİLDİ — İcra hakimiyyətində KADR İSLAHATLARI
Sabunçu Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib. xeberde.az xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmrlər imzalayıb. Belə ki, İnformasiya təminatı və təhlil sektorunun müdiri Gülər Rüstəmova vəzifəsindən azad olunub. Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda yeni təyinatlar olub. Sektor üzrə Fəqan […]










