AKTUAL Cəmiyyət

“Bəlkə də utandığından üzə çıxmır” – Nəsimi Nəbizadə haradadır?

“Nəsimi “patı”dan o qədər istifadə edib ki, nə etdiyini bilmir” Ceyhun Salmanov keçmiş teleaparıcının reabilitasiya mərkəzindən qaçmasının şou olduğu iddiasına nə dedi? İki gündür ki, narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş teleaparıcı Nəsimi Nəbizadənin müalicə aldığı reabilitasiya mərkəzində müalicəsini yarımçıq tərk etməsi sosial şəbəkələrdə müzakirə olunur. Son məlumatları əldə etmək üçün Musavat.com “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri, […]

Dünya

İranda etirazlar sərhəd tanımır: qəzəbli xalq məscidləri yandırdı

Dünən Tehranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarından yayılan görüntülər şəhərdə gərginliyin artdığını göstərir. xeberde.az “Azad İran”a istinadən xəbər verir ki, videolarda iki məscidin və bir sıra avtomobillərin yandığı görünür. Məlumata görə, yandırılan məscidlərdən biri Tehranın Səadətabad bölgəsində yerləşən Ər-Rəsul məscididir. Səadətabadda baş verən etirazlarla bağlı görüntüləri paylaşan şəxs vəziyyətin son dərəcə ağır olduğunu bildirərək qeyd […]

Cəmiyyət

Bakıda işdən çıxarılan icra başçısının səlahiyyətləri ona tapşırıldı

Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimovu kimin əvəz etdiyi məlum olub. xeberde.az xəbər verir ki, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılıb. Qeyd edək ki, Gülarə Verdiyeva Nəsimi RİH-dən öncə Bakının Nəsimi rayonu ərazisində fərqli dönəmlərdə iki məktəbin direktoru olub. 2013-cü ildə Nəsimi RİH-də […]

Cəmiyyət

Müzakirəyə səbəb olan yol nişanı ilə bağlı RƏSMİ AÇIQLAMA

“Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53 məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki, bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinin davamlı şəkildə sağa dönməsinə icazə verilir”. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. Onun sözlərinə görə, sözügedən yol nişanı hərəkətin fasiləsizliyinin təmin edilməsi, süni tıxacların qarşısının alınması […]

Cəmiyyət

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib. xeberde.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq. “AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli […]

Cəmiyyət

Həyatında kəskin dönüş olacaq BÜRCLƏR

Astroloqlar yaxın dövrdə bürclərin bəziləri üçün həyatlarında kəskin və gözlənilməz dəyişikliklərin baş verəcəyini bildirirlər. Bu dönüşlər həm şəxsi həyat, həm də karyera və maddi sahələrdə özünü göstərə bilər. Qoç Qoçlar üçün yeni mərhələ başlayır. İş dəyişikliyi, mühüm qərarlar və riskli, lakin uğurlu addımlar gündəmdə olacaq. Uzun müddətdir düşündükləri planları reallaşdırmaq üçün doğru zamandır. Xərçəng Bu […]

Hadisə

DTX xarici ölkəyə işləyən silahlı şəxsi həbs etdi

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan vətəndaşı 1969-cu il təvəllüdlü Siyafət Heydər oğlu Fərzəliyevin dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb. xeberde.az DTX-nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, araşdırmalarla Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyevin xarici ölkə […]

Cəmiyyət

Metroda yeni GEDİŞ HAQQI – Necə ödənəcək?

2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib. Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir: “Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər […]

Hadisə

Anar Mehdiyevə cinayət işi açıldı – Yarım milyondan çox yeyinti

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur. A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik. Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.

İqtisadiyyat manset

Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib

Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib. Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır. Layihə çərçivəsində keçirilən növbəti […]