manset Ölkə

Azərbaycanda 20 sentyabrda iş OLMAYACAQ

20 Sentyabr – Dövlət Suverenliyi Günü iş günü hesab edilməyən bayram günü olacaq. xeberde.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Dövlət Suverenliyi Günü Azərbaycan Respublikasının bayramları sırasına daxil edilir.

Dünya

Rusiyada saxta sənədləri aşkar edən süni intellekt hazırlanır

xeberde.az xəbər verir ki, Rusiyada alimlər saxta sənədləri avtomatik müəyyən edə bilən yeni süni intellekt sistemi üzərində işləyirlər. Neyroşəbəkə artıq 8 min saxta sənəd nümunəsini təhlil edib. Bu nümunələr Rusiyadan, MDB ölkələrindən və digər dövlətlərdən toplanıb. Mütəxəssislərin sözlərinə görə, sistem müxtəlif saxtakarlıq üsullarını tanımağı öyrənib. Bunlara sənədlərə başqa mətn və fotoların əlavə edilməsi, müəyyən sahələrin […]

Cəmiyyət

Bu tarixdə doğulanlar DİQQƏTLİ OLSUN – 2026-cı ildə həyatınız dəyişəcək

2026-cı ildə doğulanlar üçün yeni enerji dövrü başlayır. xeberde.az xəbər verir ki, numeroloqların fikrincə, yeni il sizə ağ vərəqdən başlamaq, həyatda yeni səhifə açmaq imkanı verəcək. Amma bu fürsətlərin reallaşması üçün təşəbbüsü öz əlinizə almalısınız. Aşağıda 2026-cı ilin müxtəlif doğum günlərinə necə təsir edəcəyi barədə proqnoz təqdim olunur. Ayın fərqi yoxdur, əsas olan doğulduğunuz gündür. 1, […]

Bölgə Kriminal

Naxçıvanda işə düzəltmək adı ilə pul ələ keçirən şəxs saxlanıldı

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən şəxs saxlanılıb. xeberde.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıb. Aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat […]

Bölgə İqtisadiyyat

Qarabağın tikintisinə iki qonşu dövlətin büdcəsindən çox pul xərclənib

Azad edilmiş torpaqlarda məskunlaşanların sayı 62 mini ötüb Dekabrın 1-də Laçının işğaldan azad edilməsinin növbəti ildönümü idi. Düz 5 il öncə bu tarixi şəhərimiz bir güllə atılmadan belə Azərbaycanın bir daha nəzarətinə keçdi.  Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla hər il avqustun 26-da Laçın Şəhəri Günü təsis edilib. Əlamətdar günün bu tarixdə […]

Cəmiyyət

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə xeberde.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq “Binəqədi-1” və “Binəqədi-2” hava xətlərində təmir-təftiş və naqillərin yenilənməsi işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Binəqədi kəndi ətrafında yerləşən yeni yaşayış massivləri, 1-ci, […]

Cəmiyyət Hadisə

İki oğlu şəhid olan ana vəfat etdi

İki övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib. xeberde.az xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.