Azərbaycanda Həcc ziyarətinin qiyməti 6100 dollar, yəni təxminən 10 400 manata çatıb. Məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın – az qala 50 faiz artıb. Qafqaz Müsəlmanları İdarəsinin builki bahalaşma ilə bağlı izahında deyilir: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının […]
Month: Dekabr 2025
“ƏDV geri al” gözəllik salonlarını silkələdi – qiymətlər qalxacaqmı?
“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və […]
Qubadlı – Qarabağın dirçələn incisi
25 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşına Qubadlının azad edildiyi, torpaqlarımızın bütövlüyünə bir addım da yaxınlaşdığımız gün kimi həkk olunub. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu ərazi təbiəti, coğrafiyası və torpaq ehtiyatları ilə zəngin diyardır. Rayon qərbdən Ermənistanla sərhəddə yerləşir, şimalda Laçın, şərqdə Cəbrayıl, cənubda […]
Tarixlər şahidi Qubadlı
Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağların qoynunda yerləşən Qubadlı bu günümüzə tarixin keşməkeşli yollarından keçib gəlmişdir. Qubadlı torpağına səpələnmiş tarixin daş yaddaşları-abidələr uzaq-uzaq keçmişlərdən xəbər verir. Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Onun adı bir mənbəyə görə dörd əsr bundan əvvəl yaranmışdır. Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin […]
Qubadlının azad olunduğu gün tarixə yazıldı
Azərbaycanın Silahlı Ordusunun 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində 25 oktyabr tarixində Qubadlı şəhəri işğaldan azad edildi. Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsinə düşmüşdü. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətlərindən hücumlar olurdu. […]
Azərbaycan hərb sənətinin uğurlarından biri
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda […]
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib. Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Rayon 31 […]
Odlar diyarının qəhrəmanlıq qalası
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri […]
Qubadlı təslim olmadı
Fizuli Cəfərov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
Agentliyə yeni aparat rəhbəri təyin edildi
Dövlət Turizm Agentliyinə Aparat rəhbəri təyin edilib. xeberde.az-ın məlumatına görə, sözügedən vəzifə Kənan Əliyevə tapşırılıb. Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb. 2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə […]










