Sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampla yaşadığı münaqişəyə görə təəssüfləndiyini bildirib. xeberde.az xəbər verir ki, bu barədə amerikalı sahibkar “X” sosial şəbəkəsində yazıb. “Keçən həftə prezident Tramp barədə paylaşdığım bəzi yazılara görə təəssüf edirəm. O yazılar həddindən artıq oldu”, – deyə Mask bildirib.
Day: İyul 1, 2025
Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb. Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır. Faktla bağlı araşdırma aparılır.
Qratsdakı məktəbdə terror törədən şəxs erməni imiş?
Avstriyanın Qrats şəhərində məktəbə silahlı hücum edən şəxsin evində aparılan axtarış zamanı istifadə üçün yararsız, lakin təhlükəli hesab edilən əldəqayırma partlayıcı qurğu aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə məlumatı “Heute” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb. Məlumata görə, Qratsın ətrafında yaşayan Artur A. adlı 21 yaşlı şəxs hücumdan əvvəl valideynlərinin evində anasına ünvanladığı vida […]
Türkiyədə iki qız birləşib evli qadını vəhşicəsinə öldürdülər – FOTO
Türkiyədə 2 uşaq anası qətlə yetirilib. xeberde.az xəbər verir ki, cinayəti törədən iki qadın polis tərəfindən saxlanılıb. Burdurda əvvəllər məhkəməlik olan 35 yaşlı Adnan B.nin evinə gedən şəxslər onun xanımını bıçaqlayaraq öldürüblər. Axşam saat 9-da törədilən cinayətdən qısa müddət sonra Seray Ö. (22), Tülay A. (22) tutulub. Adnan B. adlı şəxs həmin vaxt evdə olmayıb. […]
Yay fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı
Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından xeberde.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni […]
İcra başçısının qardaşından sonra anası da vəfat etdi
Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rafiq Cəlilova ağır itki üz verib. xeberde.az xəbər verir ki, onun anası Həvva Cəlilova dünyasını dəyişib. Xatırladaq ki, R.Cəlilovun daha əvvəl isə bu ilin mart ayında qardaşı Rövşən Cəlilov uzun sürən xəstəlikdən sonra vəfat edib. Allah rəhmət eləsin!
Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi – turizm və ticarətdə yeni dövr
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i təsdiq edib. Beləliklə, Azərbaycan və Çin vətəndaşları qarşılıqlı şəkildə vizadan azad edilib. Xatırladaq ki, Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb. Milli Məclisin deputatı Nigar Məmmədova Musavat.com-a iki ölkə arasında viza rejiminin […]
“Mən bu sənətlə qurtarmışam” deyən Rəvan Habiloğlu haradadır?
Bir vaxtlar səsi ilə könülləri fəth edən Rəvan Habiloğlundan uzun illərdir ki, xəbər yoxdur. Efirlərdən, səhnədən, sənətdən birdəfəlik uzaqlaşan sənətçinin harada olması, nə işlə məşğul olması bir çoxlarını maraqlandırır. Vaxtilə “Dərd əlindən”, “Sevənlər qovuşmadı”, “Anlamadın”, “Üşüdüm” kimi mahnıları ilə tanınan ifaçı artıq nə oxuyur, nə də görünür. Onun sənətdən uzaqlaşması, bizneslə məşğul olması, hətta ölkədən […]