Təhsil

Respublika Fənn Olimpiadalarının rayon turu keçirilib

10–11 yanvar tarixlərində Respublika Fənn Olimpiadalarının informatika fənni üzrə rayon (şəhər) turu təşkil edilib. Olimpiada onlayn formatda keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. İmtahan nəticələrinə əsasən: 8-ci siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 597 nəfər; 9-cu siniflər üzrə 100 bal və yuxarı nəticə göstərən şagirdlərin sayı 559 nəfər; […]

Təhsil

Bakıdakı məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR

Bakıda fəaliyyət göstərən Hədəf Liseylərində rus bölməsi üzrə 1-ci siniflərə qəbul dayandırılır. xeberdeaz-ın məlumatına görə, bu barədə Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, qərar yeni tədris ilindən etibarən qüvvəyə minəcək. Şəmil Sadiqin sözlərinə görə, rus bölməsinə qəbulun dayandırılmasının iki əsas səbəbi var. Bunlar rus bölməsinə tələbatın […]

Hadisə Təhsil

Bakıda bu məktəbin müəllim və şagirdlərini POLİS QORUYACAQ

Bakının 132-134 saylı Təhsil Kompleksində Daxili İşlər Nazirliyinin (DİN) mühafizə xidməti fəaliyyətə başlayıb. Xidmət məktəbin müraciəti əsasında DİN-in Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarından ibarət heyət tərəfindən təşkil olunub. Mühafizə xidməti məktəbin ərazisinin qorunması ilə yanaşı, şagirdlər və müəllim kollektivi üçün təhlükəsizliyin təmin edilməsinə yönəldilib. Xidmət qanunla müəyyən olunmuş müqavilə əsasında həyata keçirilir və DİN-in əməkdaşları […]

Təhsil

Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq

Son aylar müəllimlərin maaş artımı ilə bağlı gözləntilər yenidən gündəmə gəlib. Maraqlıdır, müəllimlərin əməkhaqqının artırılması gözlənilirmi? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, büdcə təşkilatlarında çalışanların, o cümlədən müəllimlərin əməkhaqqına müəyyən əlavələr olunacaq. “Bu istiqamətdə ay ərzində Nazirlər Kabinetinin qərarı və ya Prezidentin sərəncamı ilə dəyişikliklər baş verə bilər”. İqtisadçı qeyd […]

AKTUAL Dünya Təhsil

Gürcüstanda pulsuzdur, Azərbaycanda isə yox – Dövlət dilində tam pulsuz təhsil mümkündürmü?

“Həcm və say olaraq Azərbaycanda ali təhsilli insanların faiz nisbəti qonşulardan azdır. Belə ki, Azərbaycanda 25 yaşdan yuxarı əhalinin cəmi 17,67%-nin ali təhsili (bakalavr və daha yuxarı) var, Gürcüstanda bu göstərici 33,69%, Ermənistanda isə 24,9%-dir”. Bu barədə iqtisadçı Natiq Cəfərli deyib. İqtisadçı təklif edib ki, Gürcüstanda olduğu kimi Azərbaycanda da dövlət dilində təhsil tam pulsuz olsun: “Gürcüstanda […]

Təhsil

Universitetlərdə semestr imtahanları ləğv edilə bilər

Qarlı və şaxtalı hava şəraiti qış imtahanları dövründə tələbələrin universitetlərə gedib-gəlməsində müəyyən çətinliklər yarada bilər. Bu isə imtahanların onlayn keçirilməsi və ya təxirə salınması məsələsini gündəmə gətirir. Maraqlıdır, qış imtahanları onlayn formada və yaxud ləğv oluna bilərmi? Mövzu ilə bağlı xeberde.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, fövqəladə halların baş verdiyi dövrlərdə imtahanların […]

AKTUAL Cəmiyyət Təhsil

Məktəblilər arasında “snus” təhlükəsi- “Köşklərdə satılır” – Video

Məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb. Uşaqlar isə onun tərkibi və təsirləri barədə məlumatlı olmadan istifadə edir. xeberde.az məlumatına görə, İTV-yə danışan şagirdlər bildirirlər ki, bu məhsulu alıb məktəbdə çeynəyirlər. “Bizim məhlədə satılır, almışam. Uşaqlar da bir neçə dəfə alıblar. Ağızda dağılır, pis dad verir. Hər marketdə satılmır. Köşk kimi yerlərdə olur”, – […]

Təhsil

Bu məktəblər gələn ildən distant təhsilə keçəcək

“Bizim elə bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır”. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. “Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu dövlətin vəsaitidir. İstəsək […]

Təhsil

Elm və təhsil naziri: Məktəbli çantalarının ağırlıq problemi var

Məktəbli çantalarının ağırlıq problemi var, dərs vəsaitlərindən kənar əşyalar da çantaya qoyulanda belə hallar yaranır. xeberde.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib. Onun fikrincə, çantanın ağırlıq probleminin necə aradan qaldırılması ilə bağlı sual da yalnız Elm və Təhsil nazirliyinə ünvanlanmalı deyil. Çünki həmin çantanı yükləyən tərəf nazirlik deyil: […]

Təhsil

Ali təhsilin müddəti azaldılır – Qanun qəbul edildi

Gürcüstan parlamenti “Ali təhsil haqqında” Qanuna və ali təhsil islahatı ilə bağlı qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Qafqazinfo” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib. Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan […]