Avropa Statistika Bürosunun açıqladığı məlumat ölkəmizdə ailə institutunun vəziyyətinin kritik həddə olduğunu göstərir Məlum olduğu kimi, son illərdə Azərbaycanda boşanmaların sayında artım qeydə alınır. 2000-ci ildə Azərbaycanda 5 min 478 boşanma qeydə alındığı halda, ötən il bu göstərici 19 min 597 olub. Bu isə o deməkdir ki, son 25 ildə boşanmaların sayı 3,6 dəfə artıb. […]
Sosial
Müəllimlərin direktor müavini olmaq uğrunda davası- Belə nəticələndi
Bakıda müəllim barəsində məhkəməyə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. xeberde.az-ın əldə etdiyi məlumata görə, söhbət Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi 57 yaşlı Lətifə Qəhrəmanovadan gedir. Belə ki, 200 saylı orta məktəbin kimya müəllimi Gülnar Muradzadə Lətifə Qəhrəmanovanın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını tələb edib. Şikayətçi bildirib ki, 20 noyabr […]
Uşaqlara sağlam qidalanma necə öyrədilir? – Pediatrdan 5 vacib məsləhət
“Hər bir valideyn uşağının sağlam böyüməsini və inkişafını istəyir. Bunun üçün düzgün qidalanma, uşağın fiziki və zehni inkişafı üçün əsas şərtlərdən biridir. Lakin bəzən valideynlər düzgün qidalanma vərdişlərini uşaqlarına necə aşılayacaqlarını bilmirlər”. xeberde.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova açıqlayıb. Onun sözlərinə görə, ilk növbədə, valideynlər özləri […]
Əlillər üçün yeni güzəştlər
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün: – əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək; – satışın həyata keçirilməsi […]
Prezident və nəvələri idman zalında – FOTOLAR
Prezident İlham Əliyevin nəvələri Əli və Mikayıl Ağalarovlarla maraqlı şəkilləri yayılıb. xeberde.az xəbər verir ki, İlham Əliyevin nəvələri ilə idman zalındakı məşqdən çəkilən fotolarını Əli Ağalarov sosial şəbəkədə paylaşıb. “Baba ilə Antalyanın idman zalında tam bədən məşqi!”, – deyə o, paylaşıma qeyd edib. Xatırladaq ki, Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda içtirak etmək üçün hazırda Türkiyədə səfərdədir.
Bakıda estetik prosedurdan sonra qadının burnu çürüdü
Burun əməliyyatı keçirən Aişə Nəsibli “AFA studio” gözəllik salonunda işləyən kosmetoloq Afət Şamilovadan şikayətçidir. xeberde.az xəbər verir ki, kosmetoloq tərəfindən ziyana uğradığını iddia edən Aişə Nəsibli Nəsimi rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Aişə Mahmudalı qızı Nəsiblinin üz nahiyəsinə “Afa studio”da düzgün botoks vurulmaması nəticəsində sağlamlığına ciddi ziyan dəyməsinə dair müraciəti əsasında rayon prokurorluğunda […]
Psixoloqa gedənlərə niyə “dəli” kimi baxılır?
Azərbaycanda psixoloq müraciət edən şəxslərə münasibət birmənalı deyil. Hazırda insanın gündəlik yaşam tərzi onun psixologiyasında izlər qoya bilir. Düzgün zamanda bu təsirləri aradan qaldırmaq üçün isə psixoloq məsləhəti almaq önəmlidir. Lakin bəzi vətəndaşlar psixoloqlara qeyri-ciddi yanaşır. Hətta onlara müraciət edənləri “dəli” adlandırırlar. Ailə və uşaq psixoloqu Aynur İsmayılova mövzu ilə bağlı xeberde.az saytına açıqlama verib. Psixoloq deyib […]
Bakıda fantastik qiymətə alça satılır
Paytaxtda alçanın kilosu rekord qiymətə satılır. xeberde.az xəbər verir ki, belə ki, mağazalarda alçanın 1 kiloqramının qiyməti 77 manata təklif olunur. İstehlakçıların verdiyi məlumatlarına görə, alça hər yerdə fərqli qiymətə satılır. Satıcıların sözlərinə görə, havalar isindikcə qiymətlər daha da ucuzlaşacaq.
Azərbaycanda ən çox gəliri olan PARTİYALAR – SİYAHI
Azərbaycanda qeydiyyatda olan 26 siyasi partiyanın hamısı ötən ilin maliyyə hesabatını təqdim edib. xeberde.az-ın məlumatına görə, partiyaların bəziləri həmişəki kimi boş hesabat təqdim edib və gəlirinin olmadığını bildirib. Hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən il ən çox gəlir və xərci olan partiya olub. Partiyanın gəlirləri 3 milyon manat artaraq 35 milyon manata çatıb. Gəlir üzvlük […]
Azərbaycanda “Son zəng”lə bağlı sərt tələblər qoyuldu: Vals və müasir rəqslər qadağan edildi
Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin “Son zəng” tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilib. xeberde.az-ın teleqraf.az-a istinadən əldə etdiyi məlumata görə, builki “Son zəng” tədbirlərində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli forması geyinməlidirlər. Tədbirlər zamanı səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir. Eyni zamanda, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa […]










