Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş və əhatəli müsahibə ölkənin son bir ildə keçdiyi yolun, formalaşan yeni siyasi reallıqların və qarşıdakı dövr üçün müəyyən edilən strateji hədəflərin dolğun mənzərəsini ortaya qoydu. Dövlət başçısı müsahibə zamanı 2025-ci ilin yekunlarını dəyərləndirərək vurğuladı ki, ötən il Azərbaycan üçün təkcə təqvim baxımından deyil, tarixi məzmununa görə […]
Siyasət
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə ötən ilin tarixi il olduğunu vurğulayaraq qeyd edib ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu. Dövlət başçısı eyni zamanda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaranmasının, Zəngəzur dəhlizininn açılmasının reallaşacağını inamla bildirib. Müsahibəsində Azərbaycan Prezidenti ötən il ölkəmizdə bir […]
Maduro Azərbaycandan niyə incik idi: 4 il öncə Prezident Əliyev Bakıda onunla niyə görüşmədi?
Hazırda dünya xəbər mexanizminin bir nömrəli mövzularından biri Venesuela prezidenti Nikolas Maduro ilə bağlıdır. ABŞ xüsusi təyinatlılarının keçirdiyi xüsusi əməliyyat, Maduronun saxlanılması, ABŞ-a aparılması və bu gün Nyu-York federal məhkəməsi qarşısına çıxarılması beynəlxalq medianın əsas gündəmini təşkil edir. Qlobal informasiya axını demək olar ki, bir nöqtəyə fokuslanıb: Maduro faktoru. Məhz bu səbəbdən xeberde.az Nikolas Maduro ilə […]
Türkiyə Prezidenti: F-35 proqramına yenidən qoşulmalıyıq
Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə yazılı müsahibəsində danışıb. O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını “ədalətsiz” adlandırıb. “ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və […]
Azərbaycanın qoşulmaq istədiyi “orta güclər liqası” nədir? – kritik gözlənti
Xəbər verdiyimiz kimi , rusiyalı politoloq Sergey Markedonov özünün “Donskoy Kavkaz” Telegram kanalında 2026-cı ildə Cənubi Qafqazın üç ölkəsi ilə bağlı təhlillə çıxış edib. Markedonova görə, Ukrayna münaqişəsi fonunda bütövlükdə Qafqazın, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə azalıb. “Ermənistanda parlament seçkiləri gələn ilin ən mürəkkəb tapmacalarından biridir. Siyasi stratiqrafiya çox mürəkkəbdir. Nəqliyyat və […]
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib. “xeberde.az” həmin paylaşımı təqdim edir:
Prezident Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Rasim Nəsrəddin oğlu Musabəyovu “Şərəf” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, R.N.Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Prezidentdən Həsən Zeynalovla bağlı sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edillib. xeberde.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birlik ideyasını, dövlətçilik şüurunu və azərbaycançılıq məfkurəsini təcəssüm etdirən ən mühüm bayramlardan biri kimi tarixə düşüb. Bu günün dövlət bayramı kimi qeyd olunması xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün vahid Vətən olduğunu təsdiqləyən mühüm siyasi və ideoloji hadisədir. Qədim və […]
Azərbaycan “Somalilənd”i dövlət kimi tanımayacaq – RƏSMİ
Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidəki son hadisələrlə bağlı bəyanatında bildirilib. “Somali Federativ Respublikasının “Somalilənd” bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan beynəlxalq hüququ pozaraq […]










