Siyasət

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib. xeberde.az xəbər verir ki, təbrikdə deyilib: “Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda […]

Siyasət

Azərbaycanın bir sıra səfirlikləri gücləndirilmiş rejimdə çalışır 

Azərbaycanın İran və İsraildəki səfirlikləri gücləndirilmiş rejimdə fəaliyyətlərini davam etdirirlər. Bunu xeberde.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bir müddət əvvəl bəyanat yayaraq vətəndaşlarını İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail və İrana səfərdən çəkinməyə çağırıb.  Qeyd edək ki, 28 fevral tarixində ABŞ və İsrail İrana […]

Siyasət

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı

Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb. xeberde.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib. “Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, – səfirlik qeyd edib.

manset Siyasət

Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, […]

manset Siyasət

Baş nazir qərar imzaladı

Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Qərarla bu halda Səfərbərlik və Hərbi Xidmətə […]

manset Siyasət

İlham Əliyev Estoniya prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib. xeberde.az-ın məlumatına görə, təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. […]

Ölkə Siyasət

Prezident BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasını təsdiqləyib. xeberde.az  xəbər verir ki, Prezident bununla bağlı “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiqi ilə qanunu imzalayıb. Ətraflı Ads […]

Siyasət

Təqaüdə göndərilən generala yeni vəzifə verildi

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən vəzifəyə gətirilib. xeberde.az-ın məlumatına görə, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib. Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək. Qeyd edək ki, B.Qurbanov İkinci […]

Siyasət

Azərbaycan “İnsan orqanlarının alverinə qarşı Konvensiya”ya qoşulur

Azərbaycan Avropa Şurasının (AŞ) “İnsan orqanlarının alverinə qarşı Konvensiya”sına qoşulur. xeberde.az xəbər verir ki, konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilərək bir oxunuşda qəbul olunub. Qeyd edilib ki, AŞ-nin adıçəkilən konvensiyası 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Sənəd preambula və 33 maddədən ibarətdir. Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının […]