İqtisadiyyat manset Ölkə

Banklar POS-terminallara görə ildə bu qədər qazanır-MƏBLƏĞ  

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də marağın yüksəlməsi də müşahidə olunur. Bu da biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət edir. Bununla yanaşı, sahibkarlar üçün ciddi məsələlərdən biri də plastik kartlardan istifadə zamanı banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsidir. POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün […]

AKTUAL Araşdırma Cəmiyyət manset Ölkə Secme Xeberler

“Fransa və Ermənistan Narkotik tcarətində”

Beynəlxalq narkotik ticarəti yalnız cinayətkar şəbəkələrin deyil, eyni zamanda bəzi dövlət strukturlarının da dolayı və ya birbaşa şəkildə iştirak etdiyi qaranlıq bir sahədir. Bu baxımdan son illərdə Fransa və Ermənistanın adı müxtəlif hesabatlarda və media araşdırmalarında narahatedici məqamlarla hallanır. Fransa: Avropanın Narkotik dəhlizində rol oynayan bir mərkəz Fransada son illərdə narkotik maddələrin, xüsusilə də kokain […]

Cəmiyyət Ölkə Təhsil

Havaya görə sabah dərslər ləğv olunacaq? – Rəsmi AÇIQLAMA

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. xeberde.az  xəbər verir ki, bu barədə milli.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin […]

Hadisə Ölkə

4 nəfər dönərdən zəhərləndi

Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. xeberde.az xəbər verir ki, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Gündəm Ölkə

“Məhkəmə qadağan etdi, amma söküntünü dayandırmadılar” – “PİLOT-16” ilə vətəndaş arasında QALMAQAL

Bakı şəhər sakini Quliyev Yusif Qulu oğlu “PİLOT-16” MMC-dən şikayətçidir. Bu barədə xeberde.az-a müraciət edən Y. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbubə Quliyeva Əli qızının adına olan evini söküb: “Həmin fərdi yaşayış evinin 008011000691-10301 reyestr nömrəli, 17.03.2021-ci il tarixli çıxarışı var. Aramızda heç […]

Cəmiyyət manset Ölkə

Bakıda leysan olacaq: subasma halları istisna olunmur – RƏSMİ

Növbəti iki gündə Bakı və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 16-da yağışın aramsız güclü olacağı ehtimalı yüksəkdir. Prosesin şimşək və güclü küləklə müşayiət olunacağı gözlənilir. Gözlənilən […]

İqtisadiyyat Ölkə Sosial

Əlillər üçün yeni güzəştlər

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir. xeberde.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Məcəlləyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün: – əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək; – satışın həyata keçirilməsi […]

İdman Ölkə

Qələbəsini şəhidlərə ithaf edən gənc çempiondan təşəkkür məktubu

11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda iştirak edən, peşəkar idmanla məşğul olan Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb.Borcəli Omar çempionatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edib. O, öz qələbəsini […]

Bölgə Gündəm Ölkə Siyasət

Xocavənddə “Böyük Ermənistana aparan tunel” aşkarlandı – FOTO

“Hans Kloss” profili ilə tanınan məşhur hərbi bloqer Xocavənd rayonunun Ağoğlan qəsəbəsindən paylaşım edib. xeberde.az xəbər verir ki, görüntülərdə qəsəbədəki evlərdən birinin divarından “Böyük Ermənistana aparan tunel”i görmək mümkündür. Düşmən zabiti tərəfindən qazılmış bu sığınacağın girişi pianino ilə bağlanmışdı. Tunel mina və partlamamış sursatdan təmizlənən zaman aşkarlanıb. Həmin görüntüləri təqdim edirik:

AKTUAL Bölgə manset Ölkə Siyasət

Zəngəzurdan Araza axan zəhər: Azərbaycan səssiz fəlakətlə üz-üzə

Azərbaycanın cənub bölgəsində yaşayan yüz minlərlə insanın həyat mənbəyi sayılan Araz çayı artıq uzun illərdir Ermənistanın tullantılarla “qara suya” çevirdiyi transsərhəd bir faciəyə dönüb. Bu ekoloji təhlükənin miqyası yalnız bir ölkəni deyil, bütün regionu əhatə edir. Ermənistan ərazisindən Araz çayına tökülən Vedi, Hrazdan və Arpa çayları vasitəsilə sənaye və məişət tullantılarının birbaşa çaya axıdılması artıq […]