2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü, […]
manset
Büdcədən səhiyyəyə bu qədər vəsait ayrılacaq
2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. xeberde.az bildirir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Onun sözlərinə görə, səhiyyə xərcləri üçün dövlət büdcəsindən ayrılan vəsait dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edir. Nazir qeyd edib ki, […]
Sahil Babayev: “Strateji valyuta ehtiyatlarının 82,5 milyard dollara çatması…”
“Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə məhz Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda həyata keçirilən ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər olunması nəticəsində əldə edilib”. xeberde.az məlumatına […]
2026-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri bu qədər olacaq
2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərcləri 296 milyon manat çox olmaqla 41,7 milyard manat proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat olmaqla ÜDM-in 2,3 faizini təşkil edəcək. xeberde.az məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri […]
Gədəbəydə 37 yaşlı kişi öldürüldü- Atası tutuldu
Gədəbəy rayonunda qətl törədilib. Noyabrın 15-i saat 22 radələrində Slavyanka kəndindəki evdə 1988-ci il təvəllüdlü Rəşad İlyasov bıçaqlanıb. Kürək nahiyəsindən ağır xəsarət alan şəxs vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun atası 1966-cı il təvəllüdlü İlqar Ləzim oğlu İlyasov polis əməkdaşları tərəfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
İntim videolarla məşhurlaşan Zaur azadlığa çıxdı
Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb. xeberde.az ın əldə etdiyi məlumata görə, o, bir az əvvəl əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, […]
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana səfər proqramı çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan və Cənubi Qafqazın ən böyük logistik mərkəzlərindən biri sayılan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər. xeberde.az xəbər verir ki, Logistik Mərkəzdə qonaqların VŞQ rəhbərliyi və şirkətlə yaxından əməkdaşlıq edən yerli fermerlərdən ibarət nümayəndə […]
Kürdəmirə də yeni icra başçısı təyin olundu
Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Elşən Həsənli Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışırdı. Elşən Həsənli 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə […]
Vüqar Novruzov bu rayona icra başçısı TƏYİN EDİLDİ
Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla o, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Orxan Mürsəlov Gədəbəydən çıxarıldı – Göyçaya icra başçısı aparıldı
Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Digər sərəncamla Orxan Mürsəlov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.










