Mədəniyyət

Xalq artisti illər sonra – FOTO

Əməkdar artist Rəşad İlyasov 83 yaşlı Xalq artisti, məşhur diktor Roza Tağıyeva ilə bağlı paylaşım edib. xeberde.az xəbər verir ki, sənətçi birlikdə lentə alınan fotolarını sosial şəbəkədə izləyiciləri ilə bölüşərək bunları yazıb: “Gözəl xanım, televiziyanın ən gözəl siması… Uzun illər bu səs, bu görünüş hər zaman bizi sevindirib. Bu gün AzTV-nin həyətində gördüm, çox qürurlandım”. […]

Mədəniyyət

Kənanın “Qayıdış”ı xaricə satılan ilk serial oldu

Tanınmış rejissor Kənan MM-in lentə aldığı “Qayıdış” serialı xaricə satılıb. xeberde.az xəbər verir ki, Xəzər Media Mərkəzinin Azərbaycanda istehsal etdiyi ekran işi Qazaxıstan və Özbəkistanda yayımlanacaq. Qazaxıstanda serial “Qfilm”, “BeeTV”, “Alma+”,”TV+”, “Tele2”, “Unico Play” platformalarında, həmçinin Koktem kanalında mövcud olan Qazaqsha kitabxanasına daxil edilib. Serial qazax və rus dillərində yayımlanacaq. Həmçinin 18 seriya artıq özbək […]

Gündəm Mədəniyyət

Nə gözəl reklam imiş, bilsəydim, əvvəldən edərdim: Gündəm olan xalq artisti – FOTO

Xalq artisti Zabit Nəbizadənin sosial şəbəkədə yayılan fotosu müzakirələrə səbəb olub.  xeberde.az xəbər verir ki, buna səbəb isə müğənninin bir ayağına qara, digərinə isə tünd qəhvəyi rəngdə ayaqqabı geyinməsi olub. Z.Nəbizadə  açıqlamasında yuxusuz olduğunu və tələsikdən yanlışlığa yol verdiyini deyib: “Mayın 1-i doğum günüm idi. Səhər tezdən 2 televiziyada olmuşam. Orada da çıxıb getmişəm ad günümü […]

İncəsənət Mədəniyyət

Elxan Cəfərov müşavir təyin olunub

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə müşavir təyinatı olub. Bu barədə xeberde.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə tanınmış kino aktyoru və rejissor Elxan Cəfərov bu vəzifəyə təyin edilib.  Elxan Pərviz oğlu Cəfərov 1967-ci ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1990-cı ildə Akademik […]

Mədəniyyət

Nazir Raqif Abbasovun dayısı oğlunu yüksək vəzifəyə təyin etdi

Rəşad Əzizov Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub. Xeberde.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb. Qeyd edək ki, Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002 ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət […]

Mədəniyyət

Səidə Tağızadə direktor təyin edildi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına yeni direktor təyin olunub. Bu barədə xeberde.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə təyin edilib. Qeyd edək ki, Səidə Tağızadə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. 2006-cı ildə Bakı […]

Cəmiyyət Mədəniyyət

Əməkdar memar vəfat etdi – FOTO

Azərbaycanda Əməkdar memar vəfat edib. xeberde.az-ın məlumatına görə, Cəmaləddin Bəy oğlu Qədirov dünyasını dəyişib. Allah rəhmət eləsin! Qeyd edək ki, C.Qədirov 1953-cü ildə Qusarda doğulub. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan “Avtoyol” Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı […]

Mədəniyyət

Aktyor Möylə Mirzəliyev vəfat edib

Bir müddət öncə əməliyyatdan sonra iflic olub komaya düşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə “Report”a aktyorun ailəsindən məlumat verilib. Aktyor müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Möylə Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət […]