Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir. xeberde.az xəbər verir ki, rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib. O, hüquq-mühafizə orqanlarına müraciət etdiyinə görə oğlanın yaxınları tərəfindən hədələndiyini əlavə edib. Şikayətçi qarşı tərəfinin qardaşının barışıq üçün evlənmə təklifi etdiyini, lakin bununla […]
Kriminal
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenantla bağlı YENİ QƏRAR
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. Məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha üç ay uzadılıb. Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan dörd ay sonra həbs edilib.
Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Suraxanı rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb. Belə ki, V. Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə ilə istintaq orqanın vəsaətinə məhkəmə baxıb. Məhkəmənin qərarına əsasən, V. Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, […]
Gəncədə silahlı insident: Oğul atasını güllələdi
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı Kənan Nağıyev saxlanılıb. xeberde.az xəbər verir ki, Kənan Nağıyevin 17 yaşı var.
Qaçırdığı qızı zorla videoya çəkdi- Dostları ilə birgə tutuldu
Ağdaşda qısqanclıq zəminində ayrıldığı qızı qaçıran oğlan və ona kömək edən qardaşlar uzunmüddətli həbsə göndərilib. xeberde.az məlumatına görə, cinayət hadisəsi ilə bağlı 28 yaşlı Seyran, dostları olan iki qardaş – Elvin və Səxavət (bütün ad-soyadlar şərtidir) birgə mühakimə edilib. Hadisənin təfərrüatına gəlincə, əsas müttəhim Seyran 4 il Gülsümlə sevgili olub. Qızın Seyranın başqası ilə danışdığını öyrənməsi […]
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş – DTX ifşa etdi – VİDEO
İranın Azərbaycanda terror planları ifşa olunub. Xeberde.az AzTV-yə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, […]
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. xeberde.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum etmə cəzası dəyişdirilməyib. […]
Liseydə bıçaqlı hücum: Şagird iki müəllimi və bir məktəblini VURDU – Bu ölkədə
İstanbulun Çekmeköy rayonunda yerləşən liseydə şagirdlərdən biri özü ilə gətirdiyi bıçaqla iki müəllimi və bir məktəblini bıçaqlayıb. Bu barədə “Türkiye Gazetesi” məlumat yayıb. Xəbərdə bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır, digər ikisinin həyatı üçün təhlükə yoxdur. Liseyə hücum edən şəxs saxlanılıb, hadisə ilə bağlı araşdırma başlanılıb./AzEdu.az
İlqar Hacıyevə 15 il cəza – Əmlakına həbs qoyuldu
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub. xeberde.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub. Onunla bağlı istintaq dövründə müəyyən edilən əmlakların üzərinə həbs qoyulması barədə qərar çıxarılıb. Qeyd edək ki, bu gün Bakı Ağır […]
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir – Foto
Ötən həftə sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələrinin fotolarının montaj və süni intellektlə dəyişdirilərək nalayiq formada paylaşılması ilə bağlı bir nəfər tutulsa da, bu əməllər davam edir. xeberde.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə naməlum şəxs və ya şəxslər həmin əməllərə görə tutulmuş Fəxri Cəbrayılova dəstək xarakterli paylaşımlar etməkdədir. Belə ki, sosial şəbəkələrdə, […]










