Kriminal

Toy üstündə dava: Gitaraçı müğənnini BIÇAQLADI

Ağdaş rayonunda 53 yaşlı kişi bıçaqlanıb. xeberde.az-ın məlumatına görə, rayonda müğənni kimi fəaliyyət göstərən 53 yaşlı Yusif Hüseynova 1965-ci il təvəllüdlü Əhmədiyə Qurbanov tərəfindən xəsarət yetirilib. Bildirilir ki, Hadisəni törətməkdə şübhəli bilinən Ə.Qurbanov gitara ifaçısıdır. Onların arasında mübahisəyə səbəb Y.Hüseynovuntoy sifarişinə getməməsi olub. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən şəxs polis […]

Kriminal

Bakıda iş adamına qarşı SUİ-QƏSD CƏHDİ – Qadına görə havaya atəş açıldı

2023-cü il fevralın 16-ı saat 21:10-da Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində evə basqın edilib. Vətəndaş Elman Əsədov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, naməlum şəxsin yaşadığı ünvana silahla basqın etməsi və dostları ilə onu tutub zərərsizləşdirməsi barədə məlumat verib. Saxlanılan şəxs məlumat əsasında hadisə yerinə yollanan 31-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. Məlum olub […]

Dünya Kriminal

Silahlı hücum nəticəsində iki polis həlak oldu

Mahaçqalada iki naməlum silahlı şəxs yol polisinin əməkdaşlarına hücum edib. xeberde.az xəbər verir ki, hadisə Kərimov və Maqomedtaqirov küçələrinin kəsişməsində baş verib. İlkin məlumata görə, hücum nəticəsində iki polis əməkdaşı həlak olub. Hücum edənlərdən biri cavab atəşi ilə öldürülüb, ikincisi isə hadisə yerindən qaçıb. Onun yaxalanması istiqamətində əməliyyat keçirilir. Hücum anı müşahidə kameralarına düşüb. Görüntülərdə iki […]

Kriminal

Bakıda qayınata gəlinini qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib. xeberde.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini Ağaəli Əliyev evində gəlini Dürdanə Əliyevanı bıçaqlayıb. D.Əliyeva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qətli törətməkdə şübhəli bilinən A.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Cəmiyyət Hadisə Kriminal manset

Məzahir Pənahovun oğlu hamilə arvadını ölümünə döydü! SƏBƏB, DETALLAR və FOTOLAR

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov haqda sensasion iddia yayılıb.   xeberde.az haqqin.az-a istinadən xəbər verir ki,  məişət zorakılığının qurbanı olan qadın saytın redaksiyasına müraciət edib. “Bu hekayədə ən paradoksal olan odur ki, zorakılıq ABŞ ərazisində törədilib və qadın Azərbaycana qaçaraq həyatını xilas edib” deyə, haqqın.az yazır. Bildirilir ki, 38 yaşlı H.P. Məhəmməd Pənahov […]

Kriminal

Coratda bir ailəni məhv edən Müşfiq zorlandığını deyirdi – Qətlə yetirilən ailənin xanımından ETİRAZ

Coratda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin dəhşətli cinayəti törətməsinin təfərrüatı barədə məlumat vermişdik. Müşfiq Tağıyev hadisəni qisas məqsədi ilə törətdiyini, ailənin üzvü olan Anar Fərəcovun 26 il əvvəl onu zorlamaq istəməsilə izah edib. Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/coratda-3-neferi-olduren-musfiq-10-yasindan-qisasla-boyuyubmus-qan-fisqiranda-hezz-alirdim-sok-ifade_1164907.html Onun bu ifadəsi Fərəcovlar ailəsi tərəfindən […]

Kriminal

Məhkəmə DSX mayoruna hücum edən idmançı ilə bağlı qərar verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub. xeberde.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə Elnur Həmidovun prosesi keçirilib. Məhkəmə Elnur Həmidovun həbs-qətimkan tədbirinin müddətini 5 iyunadək uzadıb. Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup […]

Cəmiyyət Kriminal manset Təhsil

ADNA terrorunun 16-cı ili

Bu gün, aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris binasında törədilən qanlı terrorunun 16-cı ili tamamlanır. 2009-cu ildə törədilən qanlı terakt nəticəsində müəllim və tələbələrdən 12 günahsız insan qətlə yetirilib, 13 nəfər isə yaralanıb.  ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs […]

Kriminal

Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edildi

“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs olunub. xeberde.az-ın məlumatına görə, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib. Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə […]

Kriminal

Avtobusdan düşmək istəyən 3 qadın yıxılaraq xəsarət aldı

Gəncədə 3 sərnişin avtobusdan yıxılaraq xəsarət alıb. xeberde.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Onların dayanacaqda 1 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman yıxıldıqları bildirilib. Belə ki, 1990-cı il təvəllüdlü Şəhla Tağızadə, 2000-ci il təvəllüdlü Xoşqədəm Nəsibova və 2009-cu il təvəllüdlü Mərvi Hüseynova müxtəlif bədən xəsarəti […]