Dünya Hadisə

Rusiyada milyarder həbs edildi

Rusiyada İT milyarderi və “IBS” şirkətinin həmtəsisçisi Sergey Matsotski xüsusilə böyük miqyasda rüşvət işi üzrə Basmannı məhkəməsi tərəfindən qiyabi olaraq həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat verib. Məlumata görə, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 5-ci hissəsi (“Xüsusilə külli miqdarda rüşvət vermək”) ilə ittiham olunur və buna görə […]

Cəmiyyət Gündəm Hadisə

Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı

Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb. xeberde.az xəbər verir ki, bu haqda “Trend” məlumat yayıb. Məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər. Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən […]

Dünya Hadisə

Kruiz gəmisində təhlükə: 140-dan çox şəxs infeksiyaya yoluxdu

ABŞ-nin Los-Anceles şəhərindən Meksikaya üzən kruiz gəmisində 140-dan çox insan mədə-bağırsaq infeksiyasına yoluxub. xeberde.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat verib. Məlumata görə, Los-Ancelesdən Meksikaya bir həftə davam edən kruiz zamanı “Navigator of Seas” gəmisinin göyərtəsində olan yeddi ekipaj üzvü və 134 sərnişin qusma, mədə spazmları və ishal kimi simptomlardan şikayət ediblər. […]

Dünya Hadisə

Suriyda ölənlərin sayı 700-ü ötdü

Suriyanın Suveyda əyalətində azı 718 nəfər həlak olub. xeberde.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günündən indiyədək 146 druz döyüşçüsü və 245 mülki vətəndaşın öldürüldüyünü, onlardan 165-nin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən edam edildiyini bildirib. Həmçinin qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində daha 15 əsgər həlak olub. […]

Dünya Hadisə

Türkiyədəki dəhşətli hotel yanğını işi üzrə QƏRAR VERİLDİ

Türkiyənin Bolu vilayətində, “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş vermiş və xeyli sayda insanın ölümünə səbəb olan yanğınla bağlı iş üzrə aralıq qərar qəbul edilib. xeberde.az xəbər verir ki,  bu barədə “TRT Haber” telekanalı məlumat yayıb. Bildirilir ki, Bolu Birinci Ağır Cinayətlər Məhkəməsi iş üzrə mühakimə olunan yanğınsöndürmə xidmətinin əməkdaşı İrfan Acarın həbsinə […]

Gündəm Hadisə

Özünü polis kimi təqdim etdi, 5250 manat mənimsədi

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq cinayətinə yol verməkdə təqsirləndirilən şəxsə hökm oxunub.  xeberde.az xəbər verir ki, Rahib adlı həmin şəxs Xəzər Baxşəliyev adlı vətəndaş barəsindəki cinayət işinə xitam verilməsinə köməklik göstərəcəyi barədə onun yaxınları ilə danışıb. Onları inandırıb ki, polis işçisidir və bu problemi həll edə bilər. Bunun müqabilində o, Xəzər Baxşəliyevin yaxınlarından […]

Hadisə

Batma təhlükəsi ilə üzləşən yeniyetmələr belə xilas edildi – VİDEO

Xəzər rayonu, Türkan qəsəbəsində 2 nəfər dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib. xeberde.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma […]

Dünya Hadisə

Məşhur velosipedçi yarış zamanı öldü

İtaliyalı velosipedçi Samuele Privitera gənclərin nüfuzlu yarışının birinci mərhələsində yıxılaraq dünyasını dəyişib. xeberde.az xəbər verir ki, idmançı yıxılaraq başından xəsarət alıb. Hadisə Pontei bələdiyyəsi ərazisində baş verib. Zərərçəkənə qısa müddətdə tibbi yardım göstərilib və xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. İyulun 17-də baş tutmalı olan yarışın ikinci mərhələsi ləğv edilib. Yarış iyulun 18-də […]

Gündəm Hadisə

50 minə qəbir yeri satan şöbə müdiri həbs edilibmiş – Hökm oxundu

Yasamal bələdiyyəsinin şöbə müdiri olmuş Rizvan Mahmudova hökm oxunub.  xeberde.az xəbər verir ki, Rizvan Mahmudov Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 312-1.1-ci (Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən […]