Paytaxtın Nərimanov rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə iyulun 24-ü gecə saat 23 radələrində qeydə alınıb. Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Rahim oğlu Əliyev “Çinar” soyuducu zavodunun binasının liftini təmir edən zaman liftin şaxtasına yıxılıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 36 yaşlı usta vəfat edib. Faktla […]
Hadisə
Türkiyə Ordusunun 2 əsgəri qızdırmadan öldü
Ötən gün Türkiyə Ordusunda iki hərbçi yüksək qızdırmadan vəfat edib. xeberde.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda nazirlik onların şəhid olduğunu bəyan edib. Qeyd olunub ki, orduda 7 əsgər yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisi – Hayrullah Halit Karaman və Semih Erdoğan şəhid olub. Onların ölüm səbəblərinin həddindən […]
Gəncədə icra əməkdaşları döyüldü
Gəncədə iki nəfər döyülüb. xeberde.az xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü İ.Muradov və 1990-ci il təvəllüdlü F.Gəncəzadə döyülmə ilə xəstəxanaya aparılıb. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə döyülənlər – İ.Muradov və F.Gəncəzadə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarıdır. Fakt araşdırılır.
40 min zəvvar yoxa çıxdı
Son illərdə 40 minədək Pakistan vətəndaşının İran, İraq və Suriyadakı dini ziyarətlərdən sonra yoxa çıxdığı açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə Pakistanın Dini İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, yoxa çıxan zəvvarların İranla əlaqəli olduğu bildirilib. Bu şəxslərin böyük bir qismi İranın proksi qüvvələrinə – “Zeynəbiyyun” və “Fatimiyun” adlı hərbi qruplaşmalara cəlb olunub. Bu qruplar uzun […]
İranda məhkəməyə silahlı basqın olub
Naməlum silahlı şəxslər İranın Zahedan şəhərində ədliyyə binasına hücum ediblər. xeberde.az xəbər verir ki, şənbə günü səhər saatlarında Sistan və Bəlucistan əyalətlərində naməlum silahlı şəxslərin ədliyyə binasına hücum etdiyini bildirib.İlkin məlumatlara görə, terror aktı nəticəsində bir neçə nəfər xəsarət alıb. Dərhal hadisə yerinə xilasedicilər göndərilib. Hücum edən 3 nəfər tərksilah edilərək öldürülüb.
Bakıda mənzildə meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
“Baza”nın baş redaktoru həbs olundu
“Baza” teleqram kanalının baş redaktoru Qleb Trifonov barəsində həbs qətimkan tədbiri seçilib. xeberde.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, o, sentyabrın 20-dək İstintaq təcridxanasına göndərilib. Qeyd edək ki, Q.Trifinov və onun həmkarı rüşvət almaqda ittiham olunduqları üçün ötən gecə Moskvada saxlanılıblar.
18 yaşlı Məhəmməd ad günündə dənizdə boğuldu
Hərbi xidmətə hazırlaşan gənc doğum günündə dənizdə boğulub. xeberde.az xəbər verir ki, ötən gün günorta saatlarında Məhəmməd İsmayılov dostu ilə birlikdə ad gününü qeyd etmək üçün dənizə gedib. Dənizə daxil olduqdan sonra onu tapmaq mümkün olmayıb. Axtarışlardan sonra yeniyetmənin meyiti tapılaraq dənizdən çıxarılıb. Onun üzərində qan izləri olduğundan başının qayalara dəyərək öldüyü ehtimal edilir. Mərhumun […]
“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı”
Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib. xeberde.az xəbər verir ki, vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən xəbəri olmayıb. “Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim. Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət […]
Füzulidə açıq ərazi yanır – Helikopter cəlb olundu
Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.










