Hadisə

Binəqədidə yanğın – 1 nəfərin yanmış meyiti tapıldı

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub. xeberde.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 16 m², dam örtüyü 12 m² və dəhlizi 6 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin qismən yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib, 1 nəfər yanıq xəsarəti […]

Dünya Hadisə

Eks-baş prokuror iş adamının ölümünə görə həbs ediləcək

Gürcüstanın keçmiş baş prokuroru Otar Romanov-Partsxaladzeyə “qanuni oğru” Merab Suxumskinin qardaşı, iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham irəli sürülüb. xeberde.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Levan Canqveladzenin qətli tam açılıb. İstintaq işin bütün hallarını müəyyən edib və əsas təşkilatçını müəyyən edib. […]

Bölgə Hadisə

Regionlarda mənşəyi məlum olmayan araqlar satışa çıxarılıb – XƏBƏRDARLIQ

Bəzi istehsalçılar regionlarda maya dəyərindən aşağı, mənşəyi məlum olmayan araq (vodka) məhsulları satışa çıxarırlar. xeberde.az xəbər verir ki, bu barədə “Azad İstehlakçılar”İctimayi Birliyi (AİİB) tərəfindən verilən açıqlamada deyilir. Təşkilat qeyd edir ki, 2026-cı ildən 1 litrlik araq üçün vergi yükü orta hesabla 6,20–6,50 manat təşkil edir və istehsalçıların minimum satış qiyməti təxminən 14 manat olmalıdırsa, bu […]

Hadisə

7 saylı Cəzaçəkmə Müəssisəsində 20 nəfər azadlığa buraxıldı – VİDEO, FOTOLAR

Azadlığa çıxan məhkumlar: “Sevinirik ki, bayramı öz evimizdə keçirəcəyik” Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktıƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli Cəzaçəkmə Müəssisəsində də icra olunub. xeberde.az  bildirir ki, tədbirdə Penitensiar Xidmətin rəhbər şəxsləri, hüquq müdafiəçiləri, media nümayəndələri iştirak edib. Bu müəssisədə amnistiya aktı 20 nəfərə şamil olunub. Onlara azadlığa çıxmaları ilə bağı […]

Hadisə

Bloger Manaf Cəlilzadənin məhkəməsi başlayır

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin məhkəməsi başlayır. xeberde.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası 30 dekabra təyin edilib. Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi […]

Gündəm Hadisə Hüquq

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan klub prezidenti də azadlığa buraxıldı

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil olunub. xeberde.az xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. O, məhkəmənin qərarı ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilib. […]

Dünya Hadisə

Cümə namazı faciə ilə başa çatdı: Molla infarkt keçirdi

İranın Taft şəhərində (Yəzd əyaləti) cümə namazı zamanı insident baş verib. Cümə namazının xütbəsi zamanı şəhərin imam-cüməsi Əbülqasim İmami minbərdə olarkən infarkt keçirib. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və imam xəstəxanaya çatdırılıb. Hazırda Əbülqasim İmaminin həkim nəzarəti altında olduğu bildirilir, vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Dünya Hadisə

İtkin balıqçılardan birinin meyiti TAPILDI

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. xeberde.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Hazırda itkin düşən digər […]

Hadisə

Bakıda mağazalardan oğurluq edildi

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb. xeberde.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub. Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də […]