Bölgə Hadisə

Hacıqabul sakini itkin düşdü

Hacıqabul sakini itkin düşüb. xeberde.az xəbər verir ki, Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində […]

Hadisə

Ata Abdullayev QƏZAYA DÜŞDÜ

Bir müddət əvvəl həbsdən çıxan bloger Ata Abdullayev qəzaya düşüb.  Bu barədə o, özü məlumat verib. “Bir müddət əvvəl digər hərəkət iştirakçısının diqqətsizliyi səbəbindən ağır yol-nəqliyyat hadisəsi keçirdim. Şükürlər olsun ki, hər şey salamatlıqla başa çatdı. Bu hadisə mənə bir daha göstərdi ki, yolda diqqətli olmaq insan həyatını xilas edir. Bütün sürücülərdən xahiş edirəm ki, […]

Hadisə

6 saylı cəzaçəkmə müəssisəsində yanğın baş verib

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. […]

Bölgə Hadisə

34 yaşlı kişi məktəblilərə hücum etdi – Xəsarət alanlar var

Ağsuda 34 yaşlı kişi məktəbin qarşısında iki məktəbliyə xəsarət yetirib. xeberde.az xəbər verir ki, hadisə Ağsu şəhər 1 saylı orta məktəbin qarşısında baş verib. Belə ki, rayon sakini, 34 yaşlı Dostəli Bağırovla 11-ci sinif şagirdi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və mübahisə zamanı Dostəli Bağırov şagirdə kəsici alətlə, həmin vaxt köməyə gələn 16 yaşlı qardaşına […]

Bölgə Hadisə

Tovuzda 19 yaşlı qız oğurlandı – 4 nəfər tutuldu

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan xeberde.az-a bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri – 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, […]

Bölgə Hadisə

Şimal bölgəsində məktəbləri sel basdı – Dərslər təxirə salındı

Şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb. xeberde.az xəbər verir ki, Xaçmazda Hacılar kənd ümumi orta ümumtəhsil məktəbi və Cığatay kənd ibtidai ümumtəhsil məktəblərinin həyətlərini də su basıb. Su təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına dolub. Hacılar məktəbində 85, Cığatayda isə 25 şagird təhsil alır. Xaçmazda dərslər təxirə salınan […]

Bölgə Hadisə

Orta məktəbdə direktor xadimə ilə dalaşdı

Ağdam rayonunda orta məktəbdə dava olub. xeberde.az xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbə orta məktəbində baş verib. Hadisə məktəb direktorunun xadiməni işdən azad etməsinə görə baş verib. Belə ki, orta məktəbin direktoru Aliyə Əliyeva məktəbdə xadimə və qazançı işləyən Ülviyyə Abdullayevanı vəzifələrinin birindən azad edib. O bildirib ki, Ü.Abdullayeva xadimə işlədiyi üçün qazançı vəzifəsində çalışa […]

Dünya Hadisə

Yağıntılar 2 nəfərin ölümünə səbəb oldu

Dağıstanda Qejuxa su anbarında bəndin dağılmasından sonra Dərbənd rayonunun dörd mikrorayonundan ümumilikdə 4000-dən çox insan təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Bəyanata görə, Fövqəladə Hallar Nazirliyinin aviasiyası vəziyyəti izləmək üçün səfərbər edilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin rəhbəri Müslüm Devrişbekovun rəhbərlik etdiyi xüsusi qrup hadisə yerinə göndərilib. Qeyd edilib ki, ötən gün çayın […]

Hadisə

Bakıda ağac avtomobilin üstünə aşdı – FOTOLAR

Dünən axşamdan başlayan güclü külək və yağış Bakıda və ətraf ərazilərdə fəsadlara yol açıb. Paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində qırılan iri gövdəli ağac məhəllə sakininin şəxsi nəqliyyat vasitəsinin üzərinə aşıb. Hadisə nəticəsində “Ford” markalı avtomobilə ziyan dəyib. Lakin görünən odur ki, nə nəqliyyat vasitəsinin sürücüsünün, nə də yerli İcra Hakimiyyəti Orqanlarının hadisədən xəbəri var./Yeni […]