Öz-özünə hərəkət edən avtomobil üzərində piyada bölmələri olan nəqliyyat svetoforunu yararsız vəziyyətə salıb. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola […]
Hadisə
Balıqçıların axtarışı üçün İrandan yardım istənilib? – RƏSMİ
Dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb. Rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşənlər – 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir. Maraqlıdır ki, coğrafi yaxınlıq və axtarışların uzanması səbəbilə balıqçıların tapılması istiqamətində rəsmi qurumlar tərəfindən qonşu İran tərəfinə […]
Həbs olunan icra başçısının müavini də işdən çıxarıldı
Balakən Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb. xeberde.az xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev əmr imzalayıb. Əmrə əsasən, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur. Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları […]
Gəncədə üzərinə avtomobil düşən şəxs öldü
Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb. xebere.az məlumatına görə, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və o ölüb. Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.
Gəlin toydan 6 gün sonra qızılları da götürüb qaçdı – FOTO
“Hamiləyəm” deyib evləndiyi şəxsi aldadan qadın 6 gün sonra qızıllarla yoxa çıxıb. xeberde.az xəbər verir ki, Adana sakini Muhittin Çiçəklibağ dini nikahla evləndiyi S.B.-nin hamilə olmadığını və 10 yaşında uşağının olduğunu toydan sonra bilib. Qadın toydan 6 gün sonra qızılların bir hissəsini götürərək evdən qaçıb. 27 yaşlı Muhittin Çiçəklibağ yay aylarında işləmək üçün Bodruma getmişdi. […]
Gəmiyə basqın – hərbi yük ələ keçirildi
ABŞ hərbçiləri noyabr ayında Çin istiqamətindən İrana göndərilən şübhəli yükü daşıyan gəmiyə reyd keçirərək onu ələ keçiriblər. xeberde.az xəbər verir ki, amerikalı rəsmilərin sözlərinə görə, bu əməliyyat dəniz qaçaqmalçılığına qarşı nadir və məqsədli addım olub və əsas hədəf Tehranın hərbi arsenalını gücləndirməsinin qarşısını almaq idi. Məlumata əsasən, gəmi Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda saxlanılıb. […]
Ləvəngi restoranın sahibi,Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı
Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib. Xeberde.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur. Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub. O, eyni zamanda Birinci […]
İki oğlu şəhid olan ana vəfat etdi
İki övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib. xeberde.az xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
Bakıda qorxu evinə gedən 15 yaşlı qız xəsarət aldı – Alnına 11 tikiş qoyuldu
Bakıda 15 yaşlı yeniyetmə Nigar Mustafayeva “Phobia Games” adlı əyləncə mərkəzinin qorxu evində xəsarət alıb. Girişdə azyaşlılardan şəxsiyyət vəsiqəsi tələb edilməyib və yaşları yoxlanılmayıb. Valideynin iddiasına görə, yeniyetmə heç bir nəzarət olmadan sənəd imzalamağa məcbur edilib və 26 manat ödənişdən sonra oyun otaqlarına daxil olublar. Beşinci məntiq otağında onun rəfiqəsinin mədəsindən yeni əməliyyat olunduğu halda […]
Əli Kərimlinin evində axtarış aparılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb. xeberde.az xəbər verir ki, axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir. Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib. Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi […]










