Dünya Hadisə

Cümə namazı faciə ilə başa çatdı: Molla infarkt keçirdi

İranın Taft şəhərində (Yəzd əyaləti) cümə namazı zamanı insident baş verib. Cümə namazının xütbəsi zamanı şəhərin imam-cüməsi Əbülqasim İmami minbərdə olarkən infarkt keçirib. Hadisədən dərhal sonra ona ilkin tibbi yardım göstərilib və imam xəstəxanaya çatdırılıb. Hazırda Əbülqasim İmaminin həkim nəzarəti altında olduğu bildirilir, vəziyyəti ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Dünya Hadisə

İtkin balıqçılardan birinin meyiti TAPILDI

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. xeberde.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Hazırda itkin düşən digər […]

Hadisə

Bakıda mağazalardan oğurluq edildi

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb. xeberde.az-ın məlumatına görə, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub. Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də […]

Bölgə Hadisə

Sabirabadda qadınların ƏR DAVASI: biri nazirliyin katibəsidir

Sabirabadda qadın sevgilisinin arvadına hücum edib. xeberde.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin adı çəkilməyən şöbəsində katibə-makinaçı işləyən 44 yaşlı Şahnigar Qasımova münasibətdə olduğu kişinin rəsmi nikahlı arvadının iş yerinə gedib. Burada onlar arasında mübahisə yaranıb və o, qadını nalayiq ifadələrlə təhqir edib. Zərərçəkənin şikayəti əsasında Şahnigar polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin […]

Dünya Hadisə

Məktəbli qanını içdikdən sonra XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Moskva şəhərində 17 yaşlı məktəbli, TikTok-da izlədiyi bir videoya əsaslanaraq hemoglobin səviyyəsini artırmaq məqsədilə öz qanını içib. Lakin cəhd uğursuz olub və yeniyetmənin vəziyyəti pisləşib. Gənc oğlan videoda hemoglobin səviyyəsinin artırılması üçün qan içməyin faydalı olacağı iddia edilən məsləhətə əməl edib. Lakin qısa müddət sonra onun vəziyyəti pisləşib, qan qusması və yüksək temperatur müşahidə olunub. […]

Bölgə Hadisə

Tovuzda ögey ata 14 yaşlı qızına toy edib

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. xeberde.az xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. […]

Cəmiyyət Hadisə

Zakir Qaralova ağır itki üz verdi

Sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib. xeberde.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun qardaşı Tahir Qaralov vəfat edib. Məlumata görə, T.Qaralov bir neçə saat öncə Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib. Xatırladaq ki, Z. Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Bölgə Hadisə Kriminal manset

Bu kəndlərə günlərdir canavarlar hücum edir – Sakinlər təhlükədə

Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. xeberde.az xəbər verir ki, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükəni daha da artırır. Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd […]

Hadisə

Qaynananın əcəli ilə öldüyü deyilirdi: gəlin və qardaşı saxlanıldı – Azərbaycanda

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub. xeberde.az verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü […]