İngiltərədə polis əməkdaşı Choni Kenny cinayətkarlara məlumat ötürdüyü və onlardan biri ilə münasibət qurduğu üçün həbs edilib. xeberde.az xəbər verir ki, qadın 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun polis formasında həbsxanada Whelan ilə öpüşdüyü görüntülər üzə çıxıb. 27 yaşlı Choni Kenny 2020-ci ildən Mançester şəhərində polis işləyirdi. Məhkəmə istintaqında məlum olub ki, […]
Hadisə
Türkiyədə yenidən ZƏLZƏLƏ oldu – SON DƏQİQƏ
Türkiyənin Kütahya vilayətində 4,5 bal gücündə zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb. Yeraltı təkanların mərkəzi Simav rayonunda olub, zəlzələ yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23) baş verib. Təkanların ocağının 8,81 kilometr dərinlikdə yerləşdiyi bildirilib. İndiyədək dağıntı və insan tələfatı barədə məlumat verilməyib.
İsmayıllıda zəlzələ olub
Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. 3 maqnitudalı yeraltı təkan yerli vaxtla saat 14:12-də, 5 km dərinlikdə.
Gəncədə qazi intihara cəhd etdi
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib. xeberde.az xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb. Goranboy rayonun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü E.Nəsirov ağır vəziyyətdə xəstəxanaya çatırılıb. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub. Dərhal ona yardım edilib,vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara […]
Azərbaycanda qadın boşqabla ərinin başını yardı
Mingəçevirdə qadın boşqabla ərinin başını yarıb. xeberde.az xəbər verir ki, hadisə Energetiklər yaşayış massivi ərazisindəki evlərdən birində baş verib. Ailədaxili münaqişə və mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla ağır xəsarət yetirib. Xəstəxanaya çatdırılan kişiyə alın nahiyəsinə zəruri tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda satılan bu yağlarda bakteriya aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunda fəaliyyət göstərən Bərdə Ticarət ASC-yə məxsus bazarda yoxlama keçirib. AQTA-dan xeberde.az-a verilən məlumata görə, baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Bildirilib ki, pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq – Stafilokok bakteriyası […]
İrəvanda bayrağımızı yandırdılar
İrəvanda revanşist qüvvələrin növbəti təxribat aksiyası baş verib. xeberde.az xəbər verir ki, respublika meydanında toplaşan nümayişçilər Türkiyə və Azərbaycan bayraqlarını yandıraraq növbəti dəfə “sülh” ritorikasının arxasında gizlənən aqressiv niyyətlərini ortaya qoyublar. Bayraq yandırılması kimi təxribatçı addımlar bir daha göstərir ki, Ermənistan cəmiyyətində radikal və revanşist meyllər hələ də güclü olaraq qalır. Hadisə regionda sülh və sabitlik […]
150-dən çox adam özünü binadan atıb – İstanbuldakı zəlzələ
İstanbulda baş verən zəlzələlərdə insan itkisi olmayıb. xeberde.az-ın verdiyi xəbərə görə, bu barədə İstanbul Valiliyindən bildirilib. Qeyd olunub ki, zəlzələ baş verdiyi an 151 nəfər özünü yüksəklikdən ataraq yaralanıb, onların müalicəsi davam edir, həyatları təhlükə altında deyil. Bundan əlavə, şəhərin Fatih rayonunda tərk edilmiş bina uçub, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Qeyd edək ki İstanbulda […]
Şamaxıda torpaq sürüşməsi olub, yol çöküb – FOTO
Şamaxı rayonunda torpaq sürüşməsi olub. xeberde.az xəbər verir ki, sürüşmə Çabanı-Əngərxan avtomobil yolunda baş verib, yolun bir hissəsi çöküb və nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Torpaq sürüşməsi yolun bir hissəsində ciddi zədələnməyə səbəb olub. Yolun bir zolağında 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib. Həmçinin asfalt örtüyü sıradan çıxıb, yolun […]
Gəncədə məktəblilər arasında dava – Şagird kəllə-beyin travması aldı
Gəncə şəhərində məktəblilər arasında baş verən insident zamanı bir şagird xəsarət alıb. Bu barədə DİN Mətbuat xidməti Gəncə Regional Qrupundan bildirilib. Qeyd edilib ki, Gəncə şəhərindəki məktəblərdən birində şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub. Hazırda müvafiq […]










