Bölgə Hadisə

Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölüb

Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. xeberde.az məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi “VAZ-2115” markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. […]

Dünya Hadisə

İsrailin pilotsuz uçuş aparatı Yaponiyada GÖRÜNDÜ

xeberde.az xəbər verir ki, İsrail istehsalı olan “Heron Mk II” kəşfiyyat pilotsuz uçuş aparatı (BLA) Yaponiyanın Sirahama hava limanında “Kawasaki Heavy Industries” (KHI) aviasiya şirkəti tərəfindən sınaqdan keçirilib. Məlumata görə, KHI bu prosesdə mühüm rol oynayıb və sınaqlar yalnız uçuş yoxlamaları ilə məhdudlaşmaya bilər. Müşahidəçilər bildirirlər ki, “Kawasaki”nin iştirakı sistem inteqrasiyası, əməliyyat sınaqları və Yaponiyanın […]

Hadisə

Deputat Aydın Hüseynovun dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” – VİDEO

Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb. Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb. Xeberde.az Editor.az-a istinadən xəbər verir ki, xüsusilə deputatın Zəngəzur dəhlizini “səmərəsiz bir ərazi” kimi səsləndirməsi efirdə çətin anlar […]

Cəmiyyət Hadisə

Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Heydərov Faiq Mənsim oğluna məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib.         xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli […]

Dünya Hadisə

Çində asma körpünün uçması nəticəsində 5 nəfər ölüb

Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda asma körpünün uçması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb. xeberde.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. “İli-Qazax Muxtar Dairəsinin Çjaosu mahalının Syata rayonunda asma körpüdə kabel qırılıb, nəticədə körpünün döşəməsindəki tarazlıq pozulub, o bir tərəfə əyilib və 29 nəfər körpüdən yıxılıb, […]

Dünya Hadisə

Fransada son 76 ilin ən böyük yanğınları qeydə alınıb

Fransanın cənubundakı Od departamentində cəmi bir gündə 16 min hektar ərazini əhatə edən meşə yanğını ölkədə son 76 ilin ən böyük yanğınıdır. xeberde.az-ın xəbərinə görə, bunu jurnalistlərə hökumət başçısı Fransua Bayru ilə birlikdə regiona gələn respublikanın daxili işlər naziri Bruno Retayo deyib. “Bu yanğın nəticəsində 1949-cu ildən bəri ən çox hektar meşə sahəsi yanıb”, – […]

Bölgə Hadisə

Kəlbəcərdə hərbçilərin minaya düşməsi barədə RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq da Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb. xeberde.az-ın məlumatına görə, Qurumdan bildirilir ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Bölgə Hadisə

Xaçmazda pomidor dolu yük maşını aşdı 

Xaçmazda bazara pomidor daşıyan “Qazel” markalı yük avtomobili aşıb. xeberde.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun hərəkət hissəsində aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 3 tondan çox pomidor yola dağılıb. Aşan yük maşını kran vasitəsilə yoldan kənarlaşdırılıb və digər […]

Dünya Hadisə İdman

Ailəsi olimpiya çempionunun ölümünü təsdiqlədi

Biatlon üzrə ikiqat olimpiya çempionu, almaniyalı Laura Dalmayer Pakistanda dağlarda daş uçqunu altında qalaraq ölüb. xeberde.az xəbər verir ki, bu barədə DPA agentliyi idmançının ailəsinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, Dalmayer vəsiyyətində öləcəyi təqdirdə cəsədinin elə dağlarda qalmasını istəyib. Qeyd edək ki, 31 yaşlı idmançının xilas edilməsi əməliyyatı iyulun 29-da başlayıb. O, iyulun 28-də […]

Hadisə

Elnur Süleymanov Azərbaycana ekstradisiya edildi

Gürcüstanın Baş Prokurorluğu Azərbaycan vətəndaşı Süleymanov Elnur Qüdrət oğlunun ekstradisiyası haqqında qərar qəbul edib. Bu barədə xeberde.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Suraxanı rayon polis idarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Elnur Süleymanov Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulmuş cinayət […]